Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri "Elektron Hökumət” Portalı tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadəni asanlaşdırmaq məqsədilə mütəmadi olaraq video-təlimatlar hazırlayaraq istifadəçilərə təqdim edir.
Növbəti "Elektron Hökumət” portalının təqdim etdiyi video-təlimat "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi ” və "Portal üzərindən verilmiş arayışların yoxlanılması” elektron xidmətləri üçün hazırlanmışdır. Video-təlimatda elektron xidmətlərdən istifadə qaydaları üzrə metodik göstərişlər öz əksini tapmışdır.