Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron Hökumət" portalının operatoru Məlumat Hesablam Mərkəzinin nümayəndələri "Online Media 2014" təlimində iştirak etdilər

2161
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Dünən, 27 oktyabr 2014-cü il tarixində, Multimedia Mərkəzi tərəfindən AMEA İnformasiya Texnologiyaları İnstitutunda jurnalistlər üçün "Onlayn Media 2014” Təlimləri başlayıb. Təlimlərin əsas məqsədi İKT-nin müxtəlif sahələrdə tətbiqindən, ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan yazan jurnalistlərin hazırlığına köməklik göstərməkdir.
Təlimin açılış mərasimində çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, artıq yeddi il davamlı olaraq keçirilən layihə ölkədə İnformasiya texnologiyalarından effektiv istifadəni stimullaşdırmağı, elektron hökumət quruculuğunu sürətləndirməyi, onlayn medianın inkişafına nail olmaqla İnformasiya Cəmiyyətinin üstünlüklərini daha geniş miqyasda genişlənməyi nəzərdə tutur.
Tədbirdə RYTN İnformasiya Cəmiyyətinin inkişafı şöbəsinin əməkdaşı Kamal Məmmədov, AMEA İTİ-nin Tədrsi Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmisi Ulduzə Xəlilova çıxış etmiş, ölkədə İKT-nin, elektron hökumət quruculuğunun inkişafı istiqamətində xeyli işlərin görüldüyünü və bu istiqamətdə işlərin daha da sürətlənməsi üçün, İKT-dən yazan jurnalistləri şəbəkəsinin formalaşmasının eləcə də, adı çəkilən Layihə əhəmiyyəti barədə informasiya verilib.
Təlimdə, həmçinin, "Elektron Hökumət" portalı operatorunun məsul nümayəndələri Qadir Seyidov və Ruhəngiz Mehmanqızı tərəfindən "Elektron Hökümət" portalı, e-imza, "Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri" barədə prezentasiya üzrə geniş məlumat verilmiş, ölkədə Elektron Hökumət quruculuğu sahəsində görülən işlər, mövcud durum və icrası nəzərdə tutulan layihələr haqqında danışılmışdır. Təlimlər iştirakçıların sual –cavabları, diskussiya şəraitində davam etdirilib.
Qeyd edək ki, bir həftə müddətində davam edəcək təlimləri İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər və ekspertlər aparacaq. Təlimlərdə müxtəlif media orqanlarında çalışan jurnalistlər, ali məktəblərdə jurnalist ixtisası üzrə təhsil alan tələbələr – gənc jurnalistlər iştirak edirlər . Təlimləri uğurla başa vuranlara sonda sertifikatlar veriləcək.