Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

EHİM ilə Böyük Britaniyanın Rəqəmsal Hökumət Xidməti arasında onlayn görüş keçirilib

5225
Mətni çap edin Mətni kopyala t1 t0 t2

29 sentyabr tarixində Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidməti arasında onlayn formatda növbəti görüş keçirilib.

Tərəflər arasında imzalanan Niyyət Protokolu çərçivəsində keçirilən görüşdə rəqəmsal xidmətlərin təşkili, istifadəçilərin ehtiyacları əsasında dövlət xidmətlərinin rəqəmsallaşdırılması, dövlət xidmətlərinin vətəndaşlara mobil texnologiyalar vasitəsilə təqdim edilməsi təcrübəsi, süni intellekt, blokçeyn texnologiyalarının tətbiqi və digər mövzular müzakirə olunub. Həmçinin ikitərəfli görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tərəflər arasında Niyyət Protokolu 20 may tarixində Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 4-cü iclasında imzalanıb. Sənəd elektron hökumətin inkişafı indeksində aparıcı mövqelərdə olan Böyük Britaniya və elektron hökumət quruculuğunda əhəmiyyətli nailiyyətlər əldə edən Azərbaycan arasında ekspert icmaları və mütəxəssis təcrübələrinin bir araya gətirilməsi, rəqəmsal dövlət xidmətlərinin bütün istifadəçilər üçün təşkili və açıq standartlar siyasətinə riayət edilməsi, habelə digər istiqamətlər üzrə əməkdaşlığı əhatə edir.