Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Azərbaycanda e-satınalmalar və Avropa Təcrübəsi üzrə beynəlxalq seminar keçirildi

3063
Mətni çap edin Mətni kopyala t1 t0 t2

28.10.14 tarixdə Satınalmalar üzrə Dövlət Agentliyi Avropa İttifaqının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı/SİQMA ilə birlikdə "Azərbaycanda e-satınalmalr və Avropa Təcrübəsi" mövzusunda seminar keçirilmişdir. Seminarın məqsədi dövlət satınalmaları sahəsində çalışan peşəkarlara Aİ-nin satınalmalar üzrə təcrübəsini və Azərbaycanda e-satınalmaların inkşaf etdirilməsi üzrə əhatə dairəsi ilə bağlı məlumatlandırmaq idi. Seminarda əsas diqqət e-satınalmaların imkan və məhdudiyyətlərinə və e-satınalmalarda müvəffəqiyyət qazanmaq üçün lazım olan praktik addımlara yönəlmişdi. Gün ərzində davam edən seminarda SİGMA ekspertləri və səlahiyyətli orqanlar tərəfindən satınalmalar üzrə əsas problemlər təqdim edilərək, Azərbaycanda mövcud olan durum təhlil edildi.

Seminarda Avropa ittifaqında e-satınalmalar, hüquqi baza və hazırkı təcrübə haqqında Aİ-nin nümayəndə heyəti Daniel Lvarsson, Azərbaycanda e-satınalmalar, hazırkı durum və inkşaf üçün perspektivlər mövzusunda elektron məlumat bazasının təşkili sektorunun nümayəndəsi Sahib Mustafayev, Azərbaycanda Elektron Hökumətin inkişafı haqqında, "Elektron Hökumət" portalının operatoru Məlumat Hesablama Mərkəzinindirektoru Nail Mərdanov çıxış etdilər. Məruzəçi çıxışında elektron hökumətin yaranması, elektron xidmətlərdən istifadə mədəniyyəti, həmçinin, Satınalmalar Üzrə Dövlət Agentliyinin portalda 2014-cü il satınalma planlarının yerləşdirilməsi, açıq tenderlər, kotirovka sorğuları, kotirovka sorğusu göndərmək, satınalma planları, təkliflər sorğuları, təkliflər sorğusu göndərmək, tender elanı göndərmək kimi 8 xidməti olduğunu qeyd etdi. Məruzəçi ona ünvanlanan autentifikasiya vasitələri və portalın təhlükəsizliyinin qorunması ilə bağlı sualları cavablandırdı.

Seminarda, həmçinin, xarici ölkəmütəxəssisləri Xorvatiya və Kosovo təcrübəsi və onun Azərbaycana uyğunluğu barədə çıxışlar etdilər. Seminar aktiv sual cavab və diskussiya şəraitində başa çatdı.

Qeyd edək ki, belə seminarlarda beynəlxalq təcrübələrin öyrənilməsinin informasiya mübadiləsində rolu əvəzsizdir.