Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“ASAN ödəniş”də istifadəçi sayı 25% artıb

15336
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sistemi müxtəlif istiqamətlərdə ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır.

Hazırda mərkəzi və yerli icra hakimiyyətləri, məhkəmə orqanları, publik hüquqi şəxslər, hüquqi şəxslər, özəl təşkilatlar və ödəniş xidməti təchizatçıları olmaqla “ASAN ödəniş” sisteminə ümumilikdə 314 qurum inteqrasiya edilib. Bu qurumlar tərəfindən “ASAN ödəniş” sistemində vətəndaşlara inzibati cərimə ödənişləri, rüsum, vergi və gömrük ödənişləri, kommunal ödənişlər, rabitə ödənişləri, ədliyyə və məhkəmə ödənişləri, kredit və lizinq ödənişləri, sığorta ödənişləri, təhsil ödənişləri, yardım fondları üzrə ödənişlər, internet və kabel TV ödənişləri, həmçinin digər xidmətləri əhatə edən 675 xidmət göstərilir.

2021-ci ildə “ASAN ödəniş” sistemində istifadəçi sayı 25% artıb və ən son statistik göstəricilərə əsasən onlayn ödəniş sistemində 570 mindən çox istifadəçi qeydiyyatdan keçib.

“ASAN ödəniş” 10 mindən çox terminal, asanpay.az veb-səhifəsi, həmçinin “iOS” və “Android” əməliyyat sistemlərindən yüklənməsi mümkün olan “ASAN ödəniş” mobil tətbiqi vasitəsilə vətəndaşlara xidmət göstərir.

Portalda qeydiyyatdan keçmədən də onlayn ödəmə etmək mümkündür, amma sistemdə hesab açmaqla vətəndaş aşağıdaki üstünlükləri əldə edir:

  • Dövlət Yol Polisi tərəfindən tərtib edilən cərimələr haqqında məlumat əldə edir;
  • Avtomobilin texniki baxış talonu haqqında operativ məlumat əldə edir;
  • Texniki baxış və tərtib edilən protokollar haqqında vətəndaşa pulsuz SMS və email bildirişlər göndərilir;
  • Sürücülər çıxarışlar bölməsində gün ərzində üç dəfə inzibati xətalara dair protokol, yol hərəkəti və yol hərəkəti təhlükəsizliyi haqqında inzibati cərimənin mövcud olmaması haqqında sübut əldə edə bilirlər;
  • Şikayətlər bölməsində vətəndaş ona tərtib olunan inzibati protokola dair şikayət göndərə bilir.

Bu üstünlüklərdən vətəndaşlar “ASAN Login” Vahid Giriş Sistemindən “ASAN ödəniş”ə keçid edərək istifadə edə bilərlər.