AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

EHİM yerli icra hakimiyyətləri ilə keçirilən təlimləri başa çatdırıb

9762 Mətni çap edin Mətni göndərin

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) “Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalı ilə bağlı yerli icra hakimiyyətləri ilə keçirilən təlimləri başa çatdırıb.

11-22 fevral tarixləri ərzində keçirilən təlimlərdə Mil-Muğan, Şirvan-Salyan, Şəki-Zaqatala, Dağlıq Şirvan, Qarabağ, Şərqi Zəngəzur və Bakı iqtisadi rayonlarını təmsil edən icra hakimiyyətlərinin əməkdaşları iştirak ediblər. 26 yanvar tarixindən başlayan təlimlərdə qeyd edilən iqtisadi rayonlarla yanaşı, Quba-Xaçmaz, Lənkəran-Astara, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Abşeron-Xızı, Mərkəzi Aran iqtisadi rayonlarının icra hakimiyyətlərinin əməkdaşları iştirak ediblər.

Təlimlər çərçivəsində portalın həm vətəndaşlar, həm də icra hakimiyyətləri üçün yaradılan funksionallıqları haqqında geniş məlumat verilib, habelə icra hakimiyyəti əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, rih.gov.az portalı EHİM tərəfindən yaradılıb və 2021-ci ilin noyabr ayında istifadəyə verilib.

Portal vətəndaşlara Yerli icra hakimiyyətləri xidmətləri üçün elektron qaydada müraciət etmək, görüşün təyin edilməsi üçün onlayn müraciət etmək, onlayn görüş müraciəti yaratmaq, onların fəaliyyəti haqqında məlumat almaq, müxtəlif mövzuları aktuallaşdırmaq imkanı yaradır. İcra hakimiyyətləri isə “Rəqəmsal icra hakimiyyəti” portalının təqdim etdiyi üstünlüklər sayəsində fəaliyyətlərini daha da səmərəli və operativ qura biləcək, vaxt və resurslarına qənaət edərək daha operativ qərarlar qəbul edə biləcəklər.

  • 454

    Portalda olan xidmətlərin sayı