AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

EHİM-in dəstəyi ilə rəqəmsal könüllülər Şamaxıda fəaliyyətə başlayıblar

1230 Mətni çap edin Mətni göndərin

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin rəqəmsal xidmətlərin təşviqatı və əhalinin bu xidmətlər haqqında məlumatlılığının artırılması istiqamətində fəaliyyəti davam edir.

Bu məqsədlə "PAŞA Holdinq"in sponsorluğu və EHİM-in təşkilatçılığı ilə “Rəqəmsal Hökumət” təşviqat proqramının növbəti mərhələsi keçirilib.

Proqramın əsas hədəfi könüllülərin dəstəyi ilə Bakı və digər regionlarda vətəndaşların rəqəmsal xidmətlər haqqında maarifləndirilməsi, rəqəmsal xidmətlər və elektron müraciətlərin istifadəsinin genişləndirilməsidir. İndiyədək "Rəqəmsal Hökumət” təşviqat proqramı çərçivəsində 100-dən çox könüllü Bakıda yerləşən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərib.

Sayca beşinci olan proqramda isə Şamaxı rayonundan seçilən könüllülərə fiziki və onlayn formatda təlimlər keçirilib.

Proqramda könüllülərə “ASAN Login” Vahid Giriş Sistemi, “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalı, “ASAN ödəniş”, “ASAN Finans”, “ASAN Viza”, “e-Agro”, “e-sosial”, digər portallar və rəqəmsal həllər haqqında bir həftə ərzində təlimlər keçirilib.

Həmçinin artıq bütün regionlarda, eləcə də Şamaxıda istifadəyə verilən “Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalının funksionallıqları, vətəndaşlar və icra hakimiyyətləri üçün yaradılan imkanlar, habelə xidmətlər, vətəndaş qəbulu, e-iştirakçılıq, məlumatlandırma modulları ətraflı izah edilib. Könüllülər fəaliyyətə başlamadan öncə EHİM-in əməkdaşları tərəfindən sorğuların aparılması və vətəndaşları maraqlandıran sualların düzgün cavablandırılması qaydaları izah edilib, onların sualları cavablandırılıb.

“ASAN Könüllülük” Məktəbinin də dəstəyi ilə keçirilən proqram çərçivəsində 25 könüllü hazırda Şamaxı sakinlərinə elektron dövlət xidmətləri, elektron ödənişlər, rəqəmsal həllərlə bağlı dəstək olur və sorğular keçirir. Gənclər fəaliyyətini Şamaxı rayon “ASAN xidmət” mərkəzində həyata keçirir.

  • 454

    Portalda olan xidmətlərin sayı