Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron Hökumət" portalında yaradılmış "Əks əlaqə" bölməsi üzrə Məlumat Hesablama Mərkəzində dövlət qurumlarının nümayəndələri ilə treninq keçirildi

3681
Mətni çap edin Mətni kopyala t1 t0 t2

"Elektron Hökumət" portalının funksionallığının, e-xidmətlərin çeşidinin və keyfiyyətinin artması ilə yanaşı e-xidmətlərdən istifadə sayı da sürətlə artmaqdadır və bu günə qədər 5,5 milyon dəfədən çox e-xidmətlərə müraciətlər edilib. Portalın populyarlığının və istifadəçi sayının kəskin artması ilə eyni zamanda vətəndaşlardan daxil olan müraciətlərin, irad, şikayət və təkliflərin sayı da artmaqdadır.

Bunları nəzərə alaraq e-xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı vətəndaşlar tərəfindən xidmət təminatçısı ilə əlaqə yaradılması, təklif, şikayət və s. xarakterli müraciətlərin göndərilməsi üçün "Əks əlaqə" adlı xüsusi bölmə hazırlanmışdır. Dövlət qurumları vətəndaşlar tərəfindən e-xidmətlərlə bağlı göndərilən müraciətləri bu bölmə vasitəsilə operativ şəkildə cavablandıra və xidmətfən istifadə zamanı baş verən problemlərdən vaxtında xəbər tuta biləcəklər. Vətəndaşlar isə istənilən elektron xidmət ilə bağlı müraciətləri portal üzərindən xidmət təminatçısına ünvanlanlaya, verilən cavabları izləyə və qiymətləndirə biləcəklər.

5 noyabr 2014-cu il tarixində "Elektron hökumət" portalının operatoru Məlimat Hesablama Mərkəzində dövlət qurumlarının "Əks əlaqə" xidməti üzrə təyin etdiyi məsul əməkdaşlar üçün treninq keçirilmişdir.

Treninqdə "Elektron hökumət" portalında yaradılmış yeni funksiyalar, e-xidmətlər və yaxın zamanda planlaşdırılan yeni elektron xidmətlər, portalın funksionallığının inkişafi və s. yeniliklər barədə iştirakçılara geniş məlumat verildi. Daha sonra "Əks əlaqə" bölməsindən istifadə üçün hazırlanmış video-təlimat iştirakçılara təqdim edildi. Məsul şəxslərin e-poçt ünvanları və FİN barədə məlumatlar götürüldü və xidmətdən istifadə üçün 1 gün ərzində onlar portalda tanıtdırılacaqlar. Qeyd olundu ki, məsul şəxslər "Əks əlaqə" bölməsinin idarəedici panelinə elektron imza kartı, ASAN imza və portalın təqdim etdiyi kod-parol vasitəsilə daxil ola biləçəklər.

Yeni yaradılan bu xidmət vasitəsilə qurumlar istədikləri dövr (gün, həftə, ay və s.) üzrə özlərinə aid e-xidmətlərdən istifadə və istifadəçi sayı barədə statistik məlumatları da əldə edə biləcəklər.

Qeyd edək ki, noyabr ayının 1-dən başlayaraq "Əks əlaqə" xidməti vətəndaşların istifadəsinə verilmişdir və həmin tarixdən sonra vətəndaşlardan daxil olan müraciətlər, onların cavablandırılması barədə aşağıdakı statistik məlumatlar online rejimdə portalda qurumlar üzrə yerləşdiriləcək və aylıq Elektron Hökumət Bülletenlərində dərc ediləcək:

- Dövr (ay, rüb, il və s.) ərzində dxail olan müraciətlərin sayı;

- Həmin müraciətlərdən cavablandırılanların sayı;

- Təkrar daxil olan müraciətlərin sayı;

- Cavablandırılmayan müraciətlərin sayı;

- Verilən cavablardan vətəndaşları qane edən cavabların sayı (bu vətəndaşların aldıqları cavablara portalda etdikləri qeydlə müəyyən ediləcək).