Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"ASAN xidmət"in nümayəndə heyəti “GITEX Global”da

2794
Mətni çap edin Mətni kopyala t1 t0 t2

10-14 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti texnologiya sahəsində nüfuzlu tədbirlərdən biri olan “GITEX Global”da iştirak edib. Tədbirdə Dövlət Agentliyini Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və EHİM-in departament direktoru Orxan Tağıyev təmsil ediblər.

Tədbirdə yeni texnoloji məhsullar və rəqəmsal həllər nümayiş etdirilib.  

“GITEX Global”ın əsas hədəfi gələcək imkanların müəyyənləşdirilməsi üçün müvafiq sahə üzrə dövlət qurumlarının, beynəxalq təşkilatların yüksək vəzifəli nümayəndələrini və futuristləri bir araya gətirməkdir.

Nümayəndə heyəti tədbir çərçivəsində “Data İqtisadiyyatı: Data Elminin Liderləri” konfransına qatılıb. EHİM-in direktoru ”Dövlət xidmətlərinin gələcəyi: dövlət xidmətlərində Süni İntellektin “non-stop shop” modelinin tətbiqi” mövzusunda təqdimatla çıxış edib.  

İştirakçılara “ASAN xidmət” modeli və ölkəmizdə elektron hökumət sahəsində görülən işlər, rəqəmsal dövlət xidmətlərində texnoloji yeniliklərin tətbiqi ilə bağlı məlumat verilib.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutan “GITEX Technology Week 2022” beynəlxalq informasiya texnologiyaları sərgisi 170 ölkədən 4000 iştirakçını və 200-dən çox dövlət qurumunu bir araya gətirib. Sərgidə dünyanın müxtəlif yerlərindən qabaqcıl texnoloji şirkətlər, yaradıcı startaplar və futuristlər iştirak ediblər.