Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Azərbaycanda kibergigiyena üzrə ilk beynəlxalq konfrans keçirilib

3759
Mətni çap edin Mətni kopyala t1 t0 t2

14 noyabr 2022-ci il tarixində Kibergigiyena üzrə birinci beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəzliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM), Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin, həmçinin “B.EST Solutions” MMC-nin təşkilatçılığı ilə həyata keçirilib.

Konfransda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açılış nitqi ilə çıxış ediblər.

Konfransda, həmçinin NATO tərəfindən mükafatlandırılmış Estoniyanın “CybExer Technologies” şirkətinin həmtəsisçisi Lauri Alman, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov, “ByteLife Solutions” şirkətinin baş icraçı direktoru Janek Gridin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş informasiya təhlükəsizliyi mütəxəssisi Tural Məmmədov , “CybExer Academy/RiskSight”ın baş əməliyyat direktoru Markus Münzer kibergigiyena mövzusunda müxtəlif mövzularda spiker qismində çıxış ediblər.

Konfrans çərçivəsində, həmçinin "Kibergigiyena" platformasından aktiv istifadəyə görə bir sıra dövlət qurumları, eləcə də platformanın tətbiqində göstərdiyi dəstəyə görə dövlət qurumlarının əməkdaşları təşəkkürnamə ilə təltif olunublar.

"Kibergigiyena" platformasından (https://kibergigiyena.az/) indiyədək 130-a yaxın dövlət qurumu və 4000-ə yaxın dövlət qurumunun əməkdaşı yararlanıb. Təlim çərçivəsində informasiya təhlükəsizliyi sahəsində tətbiq olunan beynəlxalq standartlar, milli təhlükəsizlik tələbləri, informasiya təhlükəsizliyinin təşkilat siyasəti və hazırlanan ən son təlimatlar, tövsiyələr, rəhbər prinsiplər və həllər təqdim olunub.

Kibergigiyena portalının yaradılması ilə bağlı ötən ilin sentyabr ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və “Asan İmza” mobil elektron imzanın texniki operatoru “B.EST Solutions” MMC arasında üçtərəfli müqavilə imzalanıb. Müqavilənin əsas predmetini platformanın yaradılması, istifadəsi, idarə edilməsi, informasiya təhlükəsizliyinin təşviqi və müvafiq təbliğat işlərinin aparılması təşkil edib.