Dövlət Vergi xidmətinin rəsmi saytında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılıb.
Elektron platformaların təkmilləşdirilməsi rəqəmsal vergi inzibatçılığının təşviqi üçün əlavə imkanlar yaradır.
Dövlət qurumlarının bu prosesə miqrasiyası ilə IT xərclərinin azaldılması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, bu sahədə təhlükəsizliyin daha effektiv təmin edilməsinə, sabit və dayanıqlı IT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
Beləliklə, elektron platformaların yeni çağırışlara uyğun təkmilləşdirilməsi rəqəmsal vergi inzibatçılığının təşviqi üçün əlavə imkanlar yaradır.