Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“e-Tabib” mobil tətbiqi yeniləndi

11104
Mətni çap edin Mətni kopyala t1 t0 t2

“e-Tabib” mobil tətbiqinin yeni versiyasının təqdimatı keçirilib.

 

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Tədbirdə iştirak edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin rəhbəri Ramil Mehdiyev qeyd edib ki, mobil tətbiqin yeni versiyasının yaradılmasında məqsəd istifadəçilərin aldıqları tibbi xidmətlərin nəticələrini elektron qaydada izləmələrini daha rahat və çevik etməkdir.

 

 Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin Məlumatların təhlili və mübadiləsi şöbəsinin müdiri Nicat Kərimovun sözlərinə görə, mobil tətbiqin yeni versiyası daha funksionaldır. Əvvəlki versiya yalnız COVID-19 infeksiyası ilə əlaqəli idisə, təkmilləşdirilmiş yeni versiyadakı funksiyalar vətəndaşların vaxt itkisinin qarşısını almağa, onlara göstərilən tibbi xidmətlərin tarixçəsini izləmələrinə imkan yaradır:

“Vətəndaşlar mobil tətbiq vasitəsilə tibb müəssisələrinə müraciətləri, qoyulan diaqnozlar, müayinə və laborator analiz nəticələri, tibbi arayışlar və göndərişlər vərəqəsi ilə onlayn qaydada tanış ola biləcəklər. Bütün sadalanan sənədlər mobil tətbiqdə “Şəxsi məlumatlarım” bölməsində əks olunur. Bununla yanaşı, göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi, vətəndaşların məmnunluğunun öyrənilməsi məqsədilə mobil tətbiq vasitəsilə xidmət göstərən tibb müəssisəsinin və tibb işçisinin fəaliyyətini qiymətləndirmək mümkün olacaq”.