Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Pakistanın İKT üzrə aparıcı şirkətlər qrupunun nümayəndə heyəti Azərbaycana səfər edib

7491
Mətni çap edin Mətni kopyala t1 t0 t2

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Pakistanın İKT üzrəaparıcı şirkətlər qrupu olan “9D Technologies”in nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib. Qrupun ölkəmizə səfərinin əsas məqsədi texnopark rezidentliyi çərçivəsində nüfuzlu İKT şirkətlərinin ölkəmizə marağını nümayiş etdirən səfərin məqsədi ikitərəfli əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqidir. Səfər çərçivəsində Pakistan şirkəti bir sıra dövlət qurumlarının rəhbərləri və nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

 

İlk görüş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Fərid Əhmədov ilə baştutub. Görüş zamanı nazir müavini “9D Technologies” şirkətlər qrupunun nümayəndələrinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək ölkəmizdə İKT sektorunun inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib. Fərid Əhmədov İKT sahəsi üzrə potensialın artırılmasında beynəlxalq əlaqələrinönəmini vurğulayıb.

 

Daha sonra “9D Technologies” şirkəti İRİA-nın qonağı olub. Şirkəti təmsil edən heyət ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrəvəzi İnarə Vəliyeva, sədr müşaviri Şahin Əliyev, beynəlxalq biznesin inkişafı üzrə rəhbər Loukas Tzitzis və innovasiya üzrə rəhbər İqor Ovçarenko arasında görüşbaş tutub. Sədr əvəzi İnarə Vəliyeva pakistanlı heyətə Azərbaycanda İKT-nin ümumi inkişafmənzərəsi, xüsusilə də qlobal İKT şirkətlərinə təqdim olunan texnopark rezidentliyi və bu rezidentliyin gətirdiyi imtiyazlar, vergi güzəştləri barədə məlumat verib.

 

Görüşdə, həmçinin Azərbaycanda elektron hökumət və startapekosisteminin əldə etdiyi nailiyyətlər pakistanlı qonaqların diqqətinə çatdırılıb. “9D Technologies” şirkətinin baş direktoru Abdul Salam Azərbaycanın innovasiyavə rəqəmsallaşma sahəsində əldə etdyi uğurları yüksək qiymətləndirib və bunun beynəlxalq əməkdaşlıq üçün önəmli faktor olduğunu vurğulayıb. Görüşün nəticəsi olaraq Pakistan heyəti ilə İKT sahəsində əməkdaşlığın genişləndirilməsi və rəqəmsallaşma aspektində təcrübə mübadiləsinə dair olduqcaəhatəli fikir mübadiləsi aparılıb, gələcək layihələrin reallaşdırılması üçün görüləcək işlərin yol xəritəsi müzakirə edilib. Səfər ərzində görüşlərini davam etdirən pakistanlı heyətin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Məşğulluq Agentliyi ilə də görüşləri baş tutub.

 

Müvafiq qurumlarla ikitərəfli görüşlər zamanı əməkdaşlıq və tərəfdaşlıq imkanlarımüzakirə edilib. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ilə baştutan görüşdə Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin inkişafından bəhs edilib, əməkdaşlığın ildən-ilə genişləndiyi vurğulanıb. Qonaqlara ölkəmizdə rəqəmsal məşğulluq xidmətlərinin qurulması istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verilib.

 

“9D Technologies” şirkətinin nümayəndələri Azərbaycanda yerli kadrların işlətəmin edilməsində maraqlı olduqlarını ifadə ediblər və Dövlət Məşğulluq AgentliyiİRİA ilə əməkdaşlıq çərçivəsində bu təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri OrxanMəmmədov ilə keçirilən görüşdə isə “9D Technologies” şirkətinin baş direktoru Abdul Salam Azərbaycanla olan əməkdaşlığın müxtəlif sahələrinə maraq göstərdiyini bildirib. Tərəflər arasında İKT üzrə təlim və startapların inkişafı, KOB-lara dəstək sahəsində geniş əməkdaşlıq imkanlarının əhatəli müzakirəsi baştutub. KOBİA, xüsusilə də “9D Technologies” şirkətinin kiçik və orta sahibkarlıq subyektlərinin vətəndaşlar və digər qurumlarla qarşılıqlı əlaqələrinin rəqəmsallaşdırma imkanını dəyərləndirməkdə maraqlı olduğunu açıqlayıb.