Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

İsrailin bir sıra aparıcı şirkət nümayəndələri Azərbaycana səfər edib

8037
Mətni çap edin Mətni kopyala t1 t0 t2

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə İsrailin bir sıra aparıcı şirkətlərinin - “FinCom.Co”, “Raycom”, “CySource” və “Sensorz” nümayəndələri Azərbaycana səfər edib. Səfər çərçivisində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrailin sözügedən şirkətlərinin, habelə “AnD Ventures” vençur fondunun nümayəndələri arasında görüş baş tutub.

 

İsrailli qonaqlarla görüşlərdə İRİA-nın sədr əvəzi İnarə Valiyeva, sədrin müşaviri Şahin Əliyev, Agentliyin Beynəlxalq Biznesin İnkişafı üzrə rəhbəri Loukas Tzitzisvə İnnovasiya üzrə rəhbər İqor Ovçarenko iştirak edib. Görüş müddətində Texnopark rezidentliyi haqqında qanunun yaratdığı üstünlüklərvə Avrasiya bazarının İKT potensialından yararlanmaqda Azərbaycanın doğruseçim olması haqqında məlumat verilib. Bildirilib ki, Agentliyin dəstəyi ilərezidentlik hüququ əldə etmək istəyən şirkətlərin Azərbaycanda filial və yatəmsilçilik təsis etmələri üçün müvafiq şərait mövcuddur.

 

Görüşlər əsnasında, həmçinin İsrail şirkətlərinin nümayəndələrinin Azərbaycandakı kadr potensialı, yerli və Avrasiya ekosistemindəki mövcudimkanlar haqqında sualları da cavablandırılıb. İsrailli nümayəndə heyəti Azərbaycanın ümumi İKT mühiti ilə tanışlıqdan vəmüsbət nəticələnən işgüzar görüşlərdən məmnunluqlarını ifadə ediblər. Səfər çərçivəsində israilli nümayəndə heyəti İsrailin Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri Corc Diklə görüşüb.

 

Anchor Səfər zamanı “PASHA Holding” şirkətinin İnnovasiya üzrə nümayəndəlari iləkeçirilən görüşdə israilli şirkətlərlə innovasiya sahəsində birgə iş imkanlarıdəyərləndirilib. İnnovasiya və texnologiyaya əsaslanan ekosistemin inkişafı üçünortaq səylərin reallaşdırılması, bilik mübadiləsinin həyata keçirilməsi mövzularımüzakirə edilib. İsrailli şirkət nümayəndələri, həmçinin “Azercell” şirkətinin qonağı olublar vəpotensial əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr şəbəkəinfrastrukturunun təkmilləşdirilməsi, innovativ xidmət və tətbiqlərin inkişafınaqədər geniş mövzuları əhatə edib.

 

Bundan əlavə, nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının məhsul vəxidmətləri ilə tanış olublar. Təqdimat zamanı, həmçinin STP-nin istehsalat gücü vəixtisaslaşdığı sektorlara görə əldə etdiyi nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat verilib. Qeyd edək ki, İsrail şirkətlərinin Azərbaycana səfəri qlobal və yerli İKT şirkətlərinə vergi güzəştləri və imtiyazlar təqdim edən texnopark rezidentliyi çərçivəsində baş tutub.