Sentyabrın 17-19-da Bakıda Qlobal CIO Forumunun təşkilatçılığı ilə illik “CIO 200 Summit 2023”ün finalı keçirilib.
Üç gün davam edən tədbirdə 50 ölkədən 200 nümayəndə günün ən aktual texnoloji mövzularını müzakirə edib və dünyanın həryerindən olan həmkarları ilə yeni əlaqələr qurmaq imkanı əldə ediblər.
“The World CIO 200 Summit 2023”ün böyük finalı zamanı müxtəlif ölkələrdən olan görkəmli İKT liderləri bir neçə kateqoriya üzrə mükafatlandırılıblar. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müavini Rəşad Xalıqov, sədrinin müşaviri Şahin Əliyev müvafiq olaraq “LEADER CIO”, “MASTER CIO” nominasiyaları üzrə və Beynəlxalq Biznesin İnkişafı üzrə rəhbər Loukas Tzitzis “Innovation Ecosystem” nominasiyası üzrə “World CIO 200 Summit 2023” nüfuzlu beynəlxalq mükafatın qalibləri olublar.
Qeyd edək ki, “CIO 200 Global Summit 2023” 50-dən çox ölkəni birləşdirən və 10 000-dən çox İKT liderlərin qatıldığı və 5 ay davam edən seminarlar, bilik mübadiləsi sessiyaları və panel müzakirələrindən ibarət silsilə tədbirlərdir.