Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) elan etdiyi "Mənim Elektron Hökumətim" mövzusunda analitik məqalə və video süjet müsabiqəsi üzrə qeydiyyat prosesi 11.11.2014- cü il tarixdə yekunlaşdı. Məqalələrin və video süjetlərin göndərilməsi isə 14 noyabr saat 18::00-dək mümkün olacaq. Müsabiqənin təməl mövzusu Azərbaycanda "Elektron hökumət”: mövcud vəziyyəti, problemləri, gələcək perspektivləri və gözləntiləridir.
Oktyabr ayının 3-ü start verilən müsabiqə vətəndaşların, xüsusən də, jurnalistlərin böyük marağına səbəb olmuşdur. Müsabiqə üzrə bu günə qədər 100-ə yaxın məqalə və video süjet göndərilmişdir. Hal-hazırda, göndərilən materiallara baxış keçirilir və tezliklə münsiflər heyətinə təqdim ediləcək.
Yazı və videolar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri 01.12.2014-cü il tarixədək "Elektron hökumət” portalında dərc olunacaq və müsabiqədə yer tutan iştirakçılar yaxın müddətdə bəlli olacaq və aşağıda qeyd edilən yerlər üzrə mükafatlandırılacaqlar:
Müsabiqənin mükafat fondu:
"Ən yaxşı məqalə” üzrə "Ən yaxşı video material” üzrə
1-ci yer - 2500 manat 1-ci yer - 2500 manat
2-ci yer - 1500 manat 2-ci yer - 1500 manat
3-4-5 yer – noutbuk 3-4-5 yer - noutbuk
Bundan başqa müsabiqədə iştirak edən hər bir iştirakçıya e-imza sertifikatı və kart oxuyucu təqdim ediləcək.
Bütün müsabiqə iştirakçılarına uğurlar arzu edirik.