Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Artıq "Muğanbank" ASC-də "Elektron hökumət" portalının "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" e-xidmətindən istifadəyə start verdi

2636
Mətni çap edin Mətni kopyala t1 t0 t2

"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və "Muğanbank" ASC arasında əməkdaşlığa start verildi. Bu əməkdaşlığa əsasən artıq "Muğanbank” ASC -nin də müştəriləri "Elektron Hökumət" portalı vasitəsilə elektron arayışdan istifadə edə biləcəklər.

Elektron arayışla kredit rəsmiləşdirmək çox asandır. Bunun üçün müştəri "Elektron hökumət” in internet səhifəsinə (www.e-gov.az) daxil olub "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” linkindən istifadə edib arayış yarada və "Kredit ərizəsi üçün məlumatın göndərilməsi” bölməsində "Muğanbank” seçməklə arayışı onlayn rejimdə göndərməli və ya banka yaxınlaşmaqla bankın filiallarında quraşdırılmış kompüterlər vasitəsilə "Elektron hökumət” portalına daxil olub arayışı rəsmiləşdirərək banka təqdim etməlidir. Qeyd edək ki, "Elektron hökumət” portalına sadələşdirilmiş kod-parollardan, elektron imza sertifikatından istifadə etməklə, "ASAN İmza” və portal tərəfindən təklif olunan digər identifikasiya metodları vasitəsilə daxil olmaq mümkündür.

MHM tərəfindən yaradılan "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" elektron xidmətinin üstünlükləri:

  • Artıq vətəndaşların iş yerindən arayış almasına ehtiyac yoxdur;
  • Kağız üzərində olan arayışların idarə tərəfindən ildə müəyyən edilmiş sayda təqdim edilirsə, elektron arayış istənilən vaxt əlçatandır;
  • Vətəndaşın fərdi məlumatlarının təhlükəsizliyinin qorunması;
  • Vətəndaşın fərdi məlumatlarının məxfiliyinin qorunması.

Ənənəvi kredit əməliyyatlarına nəzər saldıqda görürük ki, vətəndaş mütləq iş yerindən arayış təqdim etməlidir. İş yerindən əldə edilən arayışlar müəyyən vaxt çərçivəsində qüvvədə olur, həmin vaxt bitdikdən sonra öz əhəmiyyətini itirir. Vətəndaş təkrar iş yerinə müraciət etməli olur və bu da əlavə vaxt itkisi deməkdir. Bu proses istənilən vətəndaşın kredit alma istəyini dəyişə bilir. "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" e-xidməti vasitəsilə vətəndaş istənilən vaxt kredit üçün banka müraciət edə bilir, bu prosesdə heç bir vaxt itkisi, narahatlıq yaşamır və ənənəvi arayışların əldə edilməsində yaşadığı əlavə qayğılardan azad olur.