Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Məlumat Hesablama Mərkəzi "Elektron Hökumət" portalı haqda statistik məlumatları təqdim edir

2835
Mətni çap edin Mətni kopyala t1 t0 t2

"Elektron Hökumət" portalının təqdim etdiyi elektron xidmətlərin çeşidi və keyfiyyəti artdıqca və portalda yeni servis və funksionallıqlar təqdim edildikcə e-xidmətlər vətəndaşlar üçün daha əlçatan olur və portala itifadəçi marağı daha da artır.

Hər ay dərc edilən elektron hökumət bülletenlərində portala inteqarsiya edilmiş elektron xidmətlərin sayı, ay ərzində istifadəçilərin sayı, xidmətlərdən istifadə sayı, ay ərzində ən çox istifadə olunan elektron xidmətlərin sayı, vətəndşlar tərəfindən əldə edilən elektron imza kartlarının sayı və s. barədə statistik məlumatlar dərc edilir.

İstifadəçi marağının artdığını nəzərə alaraq "Elektron Hökumət" portalı 2013-cü il və 2014-cü ilin 10 ayı ərzində bir neçə sahələr üzrə statistik məlumatları öz istifadəçilərinə təqdim edir.

Təqdim olunan ilk cədvəldə 2013-2014-cü illər ərzində RYTN MHM tərəfindən təqdim olunmuş elektron imza sertifikatlarının sayı barədə statitik məlumat öz əksini tapib:

2013-2014-cü illər ərzində "Elektron Hökumət” portalına qoşulan qurumların sayı barədə statistik məlumatın qrafik təsvirinə nəzər salsaq, portala qoşulan qurumların sayındakı artımı müşahidə etmək olar. Təbii ki, qurumların portala qoşulması vətəndaşların portala olan maraq və tələbatının artmasından irəli gəlir.

"Elektron Hökumət" portalının operatoru olaraq MHM istifadəçilərə müxtəlif sahələr üzrə yeni xidmətlər təqdim etməklə yanaşı, elektron xidmətlərin keyfiyyətinin artırılması üçün daima təkmilləşdirmə işləri apararaq onları yüksək səviyyədə istifadəçilərə təqdim etməyə çalışır.

"Elektron Hökumət” portalında təqdim olunmuş elektron xidmətlərin sayı haqqında statistik məlumata nəzər saldıqda hər ay qurumların yeni xidmətlərinin portala inteqrasiya olunması müşahidə edilir. 2013-cü ilin yanvar ayında portalda 179 elektron xidmət var idisə, 2014-cü ilin noyabr ayının 1-nə bu rəqəm 383-ə yüksəlib.

2013-2014-cü illər ərzində "Elektron Hökumət” portalında təqdim olunmuş elektron xidmətlərdən 1 067 420 istifadəçi faydalanıb. 

Ümumilikdə, istifadəçilərin portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də sayı artmaqdadır. Bu isə"Elektron Hökumət”portalının populyarlığının artmasının göstəricisidir.

2013-2014-cü illər ərzində "Elektron Hökumət” portalında yerləşdirilmiş e-xidmətlərdən istifadə sayının statistik diaqramına nəzər salsaq görərik ki, 01.11.2014-cü il tarixə elektron xidmətlərdən 5 812 582 dəfə istifadə olunub.