Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu əvəz edilməzdir. XX əsrin əvvələrindən etibarən informasiya texnologiyalarının inkişafı dünya səviyyəsində informasiya vasitələrinin sürətli tərəqqisinə təkan vermişdir.
1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilmişdir. Forumun işində dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak etmişdir. Tədbirdə ənənəvi olaraq hər il noyabrın 26-da Dünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunmuşdur. Bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə UNESCO tərəfindən qeydiyyata alınmışdır.
BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Dünya İnformasioloji Parlamentinin təşəbbüsü ilə qeyd olunan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır.