Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Bakutel" sərgisinin bütün təşkilatçılarını 20 illik yubiley münasibəti ilə təbrik edir və qarşıdan gələn sərgidə uğurlar arzu edirik

2292
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Məlumat Hesablama Mərkəzinin kollektivi "Bakutel" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisinin bütüntəşkilatçılarını20 illik yubiley münasibəti ilə təbrik edir və onlara qarşıdan gələn sərgidə uğurlar arzu edir.

İnformasiya texnologiyaları sahəsinin aparıcı müəssisələrinə və özəl şirkətlərə öz məhsullarını və xidmətlərini nümayiş etdirmək üçün geniş imkan yaradan "Bakutel" sərgisi hər il yerli və xarici şirkətlərin və vətəndaşların böyük marağına səbəb olur. Eyni zamanda "Bakutel” İKT sahəsində dünyada baş verən yeniliklkərin ölkəmizə gətirilməsində və tətbiqində önəmli rol oynayır.

Məlumat Hesablama Mərkəzi də hər il bu sərgidə böyük məmnuniyyətlə iştirak edir və ən yeni xidmətlərini nümayiş etdirir. Bu il Məlumat Hesablama Mərkəzi "Elektron Hökumət” portalı, elektron imza, yeni imkanlar, vətəndaşları ən çox maraqlandıran yeni elektron xidmətlər və sair yeniliklərlə sərgi iştirakçılarını sevindirəcək. Bununla yanaşı kod-parolların paylanılması, aktiv iştirakçılara pulsuz elektron inza sertifikatlarının hədiyyə edilməsi və müxtəlif kampaniyaların keçirilməsi nəzərdə tutulur.

"Bakutel” sərgisinin bütüntəşkilatçılarına çəkdikləri zəhmətə görə bir daha dərin minnətdarlığımızı bildirir və uğurlar arzulayırıq.