Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

3 dekabr 2014-cü il tarixində "EGOV 3.0: İnkişaf Meyilləri və Yeni İmkanlar" mövzusunda Beynəlxalq Forum keçiriləcək

2602
Mətni çap edin Mətni kopyala t1 t0 t2

3 dekabr 2014-cü il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, BMT-nin İnkişaf Proqramı və Microsoft korporasiyasının dəstəyi ilə "EGOV 3.0: İnkişaf Meyilləri və Yeni İmkanlar” mövzusunda Beynəlxalq Forum keçiriləcəkdir.

Tədbirin əsas məqsədi "Elektron hökumət”, "Elektron idarəçilik” sahəsi üzrə təcrübə və fikir mübadiləsinin aparılması, innovativ yanaşmaların və qarşıya çıxan problemlərin praktiki həlli yollarının araşdırılması, gələcək inkişaf meyillərinin müzakirəsindən ibarətdir.

Forum ölkəmizdə e-hökumətin formalaşdırılması üzrə təcrübəni zənginləşdirmək məqsədilə 3 dekabr 2014-cü il tarixdə, saat 09:00-da Bakı Ekspo Mərkəzində təşkil olunacaq.