Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Qurum

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Xidmətin adı

Ekoloji və normativ sənədlərin razılaşdırılması və təsdiq edilməsi

Məzmun

Bu xidmət ekoloji və normativ sənədlərin (ətraf mühitə zərər vura bilən müəssisələrə onların ətraf mühitə təsir göstəricilərinə dair ekoloji sənədlərin - atılabilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH) və ekoloji pasportun) razılaşdırılması və təsdiq edilməsi üçün müraciətin və tələb olunan sənədlərin qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

Həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Azərbaycan Respublikasının vətəndaşı :

    • Sənədin adı :

      Hazırlanmış ekoloji və normativ sənəd

      Sənədin təqdim edilmə formaları :

      - Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)

    • Sənədin adı :

      Təsərrüfat (iqtisadi) fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar dövlət ekoloji ekspertizasının müsbət rəyi

      Sənədin təqdim edilmə formaları :

      - Sənədin skan edilmiş surəti (elektron qaydada müraciət edildikdə) və ya surəti (xidmət yerinə gəlməklə müraciət edildikdə və ya poçt vasitəsi ilə göndərildikdə)

    • Sənədin adı :

      Ərizə

      Sənədin təqdim edilmə formaları :

      - Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanında doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)

    • Sənədin adı :

      Layihələndirmə işlərinin yerinə yetirilməsinə sərf olunan maliyyə vəsaitinin məbləğini əks etdirən sənəd (müqavilə)

      Sənədin təqdim edilmə formaları :

      - Sənədin skan edilmiş surəti (elektron qaydada müraciət edildikdə) və ya surəti (xidmət yerinə gəlməklə müraciət edildikdə və ya poçt vasitəsi ilə göndərildikdə)