Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Qurum

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Xidmətin adı

Telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsi

Məzmun

Bu xidmət telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatı verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsini təmin etməkdən ibarətdir.

Həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Azərbaycan Respublikasının vətəndaşı :

    • Sənədin adı :

      Ərizə (əlavələr)

      Sənədin təqdim edilmə formaları :

      - Kağız və ya elektron formada (imza ilə təsdiq edilmiş (hüquqi şəxslər həm də möhürlə təsdiqləyir).

    • Sənədin adı :

      Malın texniki pasportunun surəti

      Sənədin təqdim edilmə formaları :

      - Kağız və elektron formada

    • Sənədin adı :

      Malın mənşə ölkəsini təsdiq edən sertifikatın (mənşə sertifikatının) surəti

      Sənədin təqdim edilmə formaları :

      - Kağız və elektron formada

    • Sənədin adı :

      Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi müraciət formasına daxil edilir)

      Sənədin təqdim edilmə formaları :

      - Kağız və ya elektron formada