Qurum
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Xidmətin adı
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi
Məzmun
Bu xidmət sığortaolunanlara məcburi dövlət sosial sığorta haqqı hesabına qanunvericilikdə nəzərdə tutulmuş dövr üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı münasibətləri əhatə edir. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Azərbaycan Respublikasının vətəndaşı :
-
-
Sənədin adı :
Xəstəlik vərəqələri
Sənədin təqdim edilmə formaları :
- Sənədin skan edilmiş surəti
-
Sənədin adı :
-
-
Sənədin adı :
Müavinət təyin edən komissiyanın protokolu (işçisi olmayan öz-özünü sığortaedən fiziki şəxslər üzrə istisna olmaqla)
Sənədin təqdim edilmə formaları :
- Sənədin skan edilmiş surəti
-
Sənədin adı :