Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et
  • eGov
  • AsanLogin
  • myGov
Alternate Text Alternate Text Smart customs-da qeydiyyatdan keçmək istəyirəm. Nə etməliyəm?

Smart customs portalına ASAN Login vasitəsi ilə giriş edə bilərsiniz. Öz adınıza olan telefon nömrəsi mövcuddursa mobil nömrə vasitəsi, yoxdursa video qeydiyyatdan istifadə edə bilərsiniz.

Alternate Text Alternate Text Egov.az portalında şəxsi kabineti necə aça bilərəm?

Elektron Hökumət portalına giriş yalnız ASAN Login vahid giriş sistemi ilə mümkündür. ASAN Login sistemində vətəndaş FİN/Şifrə, ASAN İmza, SİMA imza, SİMA TOKEN (Elektron imza), BSXM elekton imza portala daxil ola bilir

Alternate Text Alternate Text İş yerindən arayışda əməkhaqqı göstərilir?

Müraciətçinin istəyindən asılıdır. Hər iki formada ( əməkhaqqı göstərilsin və göstərilməsin) mümkündür.

Alternate Text Alternate Text Yeni nəsil şəxsiyyət vəsiqəsi sahibiyəm, qeydiyyat ünvanımı istəyirlər, necə əldə edə bilərəm?

Egov.az portalında qeydiyyatdan keçib, şəxsi kabinetə daxil olub və şəxsiyyət vəsiqəsi çıxarışı əldə edə bilərsiniz.

Alternate Text Alternate Text Məcburi köçkün statusum var, amma sənədi itirmişəm, necə yoxlaya bilərəm?

ASAN login-dən qeydiyyatdan keçib, mygov.az portalına giriş edib və oradan məcburi köçkün statusu haqqında arayış əldə edə bilərsiniz.

Alternate Text Alternate Text ASAN logində qeydiyyatım var, lakin telefon nömrəsini artıq istifadə etmirəm. Nə edə bilərəm?

ASAN login-də Mobil nömrə əlavəsinin köməyi ilə, kabinetinizə digər bir telefon nömrəsi əlavə edib giriş edə bilərsiniz.