Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Azərbaycan startapları Türkiyədə keçirilən “Teknofest”də iştirak edib

5863
Mətni çap edin Mətni kopyala t1 t0 t2

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə yerli startaplar Türkiyədə keçirilən “Teknofest” festivalında iştirak edib. Türkiyənin Ankara şəhərində baş tutan 5 günlük “Teknofest” Aviasiya, Kosmik və Texnologiya festivalında Azərbaycanı “Metatesk”, “Ednify”, “SmartROW”, “Azirrigation” startapları təmsil edib. Layihələr müvafiq olaraq təhsil (“Metatesk”, “Ednify”), rabitə (“SmartRow”),kənd təsərrüfatı (“Azirrigation”) sahəsində innovativ həllərin tətbiqinə yönəlib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu startaplara “Teknofest”də iştirakın təmin olunması üçün dəstək göstərib.

 

Bundan əlavə səfər zamanı tədbirdə iştirak edən İRİA nümayəndəsi Mir Kənan Mənsurzadə Azərbaycandan olan startap komandaları ilə təqdimatlar və hazırlıq səviyyəsi ilə bağlı fikir mübadilələri aparıb, müvafiq istiqamətlərdə təkliflər verib. O cümlədən uyğun investisiya imkanları və digər tərəfdaşlıqların əldə olunması üzrə lazımi istiqamətlər verilib. Stendləri Türkiyənin dövlət qurumlarının əməkdaşları, tanınmış investorlar, biznes analitiklər ziyarət edib.

 

Ziyarətçilər arasında yer alan “Bayraktar” PUA-nın yaradıcısı və təsisçisi Selçuk Bayraktar “Azirrigation” və “Metatesk”in stendlərinə baş çəkib. Həmçinin, Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşek də Azərbaycanın yaratdığı startaplarla tanış olub. Türkiyəli iş adamı Nəcməddin Bilal Ərdoğan “Metatesk”in yaratdığı stendi ziyarət edib. Festival çərçivəsində bir sıra yerli startap yeni əməkdaşlıq təklifləri alaraq növbəti tarixlərdə görüşlər həyata keçiriblər. Belə ki, "SmartROW" startapının komandası “Tubitak” tərəfindən İzmirdə baş tutacaq növbəti "TEKNOFEST" üçün müvafiq startapın tətbiq olunması üzrə müzakirə görüşünə təklif aldılar.

 

Qeyd edək ki, “Teknofest” Aviasiya, Kosmik və Texnologiya festivalında İRİA nümayəndəsi müvafiq istiqamətlərdə ixtisaslaşmış və tədris verən "Türk Hava Kurumu Üniversitesi" , "Ankara Üniversitesi" , "Trabzon Üniversitesi", " Gazi Üniversitesi" və bu kimi digər universitetlərlə müxtəlif görüşlər keçirib, potensial əməkdaşlıqları müzakirə edib.