Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

""Elektron hökumət" portalı və "Elektron imza"dan istifadə" mövzusunda növbəti seminar keçirilib

3259
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Sön dövrdə bütün sahələrdə elektronlaşmanın sürətlə genişlənməsi “Elektron imza”dan istifadəni zəruri edib. Bu məqsədlə, mayın 4-də "Elektron hökumət" Təlim-Tədris Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarının əməkdaşlarına seminarlar keçirilib.

Seminarda "Elektron hökumət" portalının fəaliyyəti, “Elektron imza”dan istifadə qaydaları və onun elektronlaşmada rolundan danışılıb, ən çox müraciət olunan elektron xidmətlər barədə məlumat verilib.

Seminarın ikinci mərhələsində iştirakçılar "Elektron hökumət" portalı üzərindən təqdim edilən bir sıra xidmətləri test ediblər.

Tədbir müzakirələrlə yekunlaşıb. Sonda seminar iştirakçılarına "Elektron hökumət" portalına giriş üçün istifadəçi adı/şifrə verillib.

"Elektron hökumət" portalı dövlət qurumlarının elektron xidmətlərini bir pəncərədə birləşdirən vahid xidmət məkanıdır. Şəffaf idarəçilik, səmərəli xidmət təminatı üçün yaradılmış, artıq 5 ildir fəaliyyət göstərən Portal ölkəmizdə fəaliyyət göstərən qurumlara öz elektron xidmətlərini internet mühitində açıq formada təqdim etmək imkanı verir.