Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Təhsil Nazirliyinin əməkdaşlarına "Elektron hökumət" mövzusunda seminar keçirilib

4845
Mətni çap edin Mətni kopyala t1 t0 t2

İyunun 30-da Təhsil Nazirliyinin əməkdaşlarına keçirilən seminarda "Elektron hökumət" portalı, elektron xidmətlər və “Elektron imza” barədə ətraflı məlumat verilib.

Tədbiri açıq elan edən Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin müdir müavini Orxan Abbasov müasir dünyada elektron xidmətlərin rolundan danışıb.

Seminarın birinci sessiyası "Elektron hökumət" istiqamətində aparılan islahatlara, bu islahatların nəticəsi kimi portalda və dövlət qurumlarının səhifəsində yer alan elektron xidmətlərə, habelə, portalın mobil versiyasına həsr olunub. Elektron imzanın sənəd mübadiləsindəki rolu və cari tətbiq dairəsi üzrə geniş təqdimat keçirilib.

 "Elektron hökumət" portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin proqramçı-mühəndisi Ruslan Mürsəlov xidmətlərin portala inteqrasiyası zamanı gözlənilən texniki standartlara aydınlıq gətirib, alt sxem üzrə fərdi məlumatların saxlanılma şəkli və nəzərə alınan məxfilik siyasəti barədə ətraflı danışıb.

İkinci sessiyada portala istifadəçi nöqteyi-nəzərindən baxış keçirilib, "Elektron hökumət" portalına qeydiyyat, giriş vasitələri, xidmət qrupları, ən çox müraciət olunan xidmətlər və yardımçı funksionallıqlar əyani olaraq nümayiş etdirilib.

Seminar sual-cavab sessiyası, müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, bu gün "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən istifadəçiyə 450 elektron xidmət təqdim edilir.