Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Cari ilin ilk 6 ayı ərzində 10582 “Elektron imza” sertifikatı istifadəyə verilib

4583
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Toplam 23.635.703 autentifikasiya və elektron imza əməliyyatı aparılmışdır.

Ölkədə “Elektron imza” sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Belə ki, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən cari ilin 6 ayı ərzində istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı 10.582-yə çatıb. Onlardan dövlət qurumlarının payına 3.440, fiziki şəxslərin payına 2.582, hüquqi şəxslərin payına isə 4.560 “Elektron imza” sertifikatı düşür.

Son bir ayda istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı isə 3 minə yaxın olub. Yəni, 2017-ci ilin təkcə iyun ayında verilən 2736 “Elektron imza” sertifikatının 534-ü dövlət qurumlarının, 622-si hüquqi şəxslərin, 1580-i isə fiziki şəxslərin payına düşür.

“Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 69.422, fiziki şəxslər üzrə 19.792, hüquqi şəxslər üzrə isə 21.584 olmaqla, ümumilikdə 110.798 “Elektron imza” sertifikatı istifadəyə verilib.

Bundan əlavə, məntiqi olaraq elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən toplam 18.858.500, hüquqi və fiziki şəxslər üzrə toplam 4.777.203 olmaqla, ümumilikdə 23.635.703 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2017-ci ilin ilk 6 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 5.782.910 olmuşdur ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 24.47%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 4.062.106, hüquqi və fiziki şəxslərin payına isə toplam 1.720.804 autentifikasiya və elektron imza əməliyyatı düşür.

Qeyd edək ki, elektron imza virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur. Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi elektron imza virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir. Bir sözlə, həyatımıza sirayət etmiş elektron imza rahatlığımızın və təhlükəsizliyimizin təminatçısına çevrilib.