Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Milli Sertifikat Xidmətləri Mərkəzi Sankt-Peterburqda təşkil olunan konfransda Azərbaycanı təmsil edib

5195
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi tərəfindən Sankt-Peterburqda təşkil olunan açıq açar infrastrukturu və elektron imza problemləri üzrə “PKI-Forum Rusiya 2017” beynəlxalq konfransı başa çatıb. Konfransın əsas mövzularını “Açıq açar infrastrukturu və onun əsasında həllərə etibar”, “PKI-da perspektiv texnologiyaların tətbiqinin aktual məsələləri”, “PKI sahəsində standartlaşdırma və elektron rəqəmsal imza”, “Sertifikat xidmətləri mərkəzlərinin fəaliyyəti”, “Elektron imzanın əməliyyat sistemlərində məhdudiyyətsiz tətbiqi, blokçeyn-texnologiyalarda PKI” və sair təşkil edib.

Konfransın işində Azərbaycan, Belarus, Qazaxıstan, Polşa, Rusiya Federasiyası, Özbəkistan və digər ölkələrdən 300-dən çox nümayəndə iştirak edib. Ölkəmizi tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndələri təmsil edib. Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov ölkəmizdə Kök Sertifikat Mərkəzi olan Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verib. Bildirilib ki, Mərkəzin funksiyalarına Milli Sistemə daxil olan və tabeçilikdə olan bütün mərkəzlər üçün Milli sertifikatların verilməsi daxildir. Kök Mərkəzin vəzifələrinə özüimzalanan sertifikatın formalaşdırılması; ikinci səviyyəli mərkəzlərin qeydiyyatı (ilk növbədə, Hakimiyyət Orqanları Mərkəzi, Elektron Hökumət Mərkəzi və mobil-İD Mərkəz) və elektron imzanın yoxlanılması barədə informasiyaya əsasən, bu mərkəzlərin sertifikatlarının formalaşdırılması; ancaq ikinci səviyyəli mərkəzlərin geri çağırılmış sertifikatlarının siyahısının tərtib edilməsi və dərc olunması daxildir.