Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilib

3618
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Noyabrın 10-da “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilib.

Müsabiqənin əsas məqsədi gənclər arasında elektron hökumət həllərindən istifadənin təşviq edilməsi və elektron hökumət üzrə gənclərin maarifləndirilməsidir. Müsabiqə elektron hökumət portalını – www.e-gov.az gənclərin geniş auditoriyasına tanıtmağa və gənclərin elektron hökumət həllərindən istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə 4 nominasiya üzrə keçirilir.

•     “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı hüquqi şəxs;

•     “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fərdi şəxs;

•     Region gəncləri arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat;

•     Dövlət xidmətlərinin elektronlaşdırılması və www.e-gov.az – elektron hökumət portalının inkişafı üzrə ən yaxşı təklif nominasiyası;

Müsabiqə üzrə sənədlərin qəbulu dekabrın 20-nə qədər davam etdiriləcəkdir. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür.

Müsabiqə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, bir sıra aparıcı gənclər təşkilatları tərəfindən dəstəklənir. Müsabiqə Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.  Müsabiqə qalibləri dekabrın 26-da keçiriləcək “Gənclər üçün Elektron Hökumət” konfransında elan ediləcək və təşkilatçı qurumların qiymətli hədiyyələri ilə təltif ediləcəklər.

 

Müsabiqəyə buradan qeydiyyatdan keçə bilərsiniz.