Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Təhlükəsiz İnternet Günü” ilə bağlı konfrans keçirilib

7378
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Təhlükəsiz İnternet Günü ("Safer İnternet Day") 2004-cü ildə "Avropa Birliyi Təhlükəsiz Sərhədlər" layihəsinin təşəbbüsü kimi irəli sürülüb və artıq dünyada təxminən 130 ölkədə qeyd olunur. Hər ilin fevral ayının ikinci həftəsinin çərşənbə axşamında qeyd olunan bu günün əsas məqsədi daha yaxşı və təhlükəsiz internet yaratmaq məqsədilə vətəndaş cəmiyyəti, dövlət və özəl təşkilatları təmsil edən bütün tərəflərin əməkdaşlıq əlaqələrinin inkişafıdır.

Bu il Beynəlxalq Təhlükəsiz İnternet Günü 6 fevral tarixində "Hörmət və ehtiram dolu mühit yarat, qoşul və paylaş: Daha yaxşı internet səndən başlayır" şüarı ilə qeyd edilir.

Ölkəmizdə də hər il Təhlükəsiz İnternet Gününə həsr edilən bir sıra tədbirlər keçirilir. Bu il də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "Təhlükəsiz İnternet Günü – 2018" konfransı keçirilib. Konfransda ali təhsil müəssisələrinin professor və müəllim heyəti, dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatları və informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı təhlükəsiz internetin vacibliyini qeyd edib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə öz çıxışında təhlükəsiz internetin informasiya cəmiyyətinin inkişafına təsirləri və bu sahə üzrə ölkəmizdə görülən işlərdən söz açıb.

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor əvəzi Rauf Cabbarov informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığı və müasir peşələr haqqında danışıb.

Tədbirdə çıxış edən digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının tanınmış ekspertləri fərdi məlumatların internetdə qorunmasının vacibliyi, müasir texnologiyaların informasiya təhlükəsizliyinə təsiri və beynəlxalq trendlər haqqında təqdimatla çıxış  ediblər. Konfransda iştirak edən ali məktəb tələbələri də təhlükəsiz internetin müxtəlif aspektləri barədə fikirlər səsləndiriblər.