Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Regional rəqəmsal hökumət portalının ilkin versiyası hazırlanıb

5642
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “Rəqəmsal icra hakimiyyəti” portalının ilkin versiyası hazırlanıb.

Portal vasitəsilə regionlarda yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlər arasında elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim ediləcək. Portal istifadəyə verilmədən öncə EHİM bu prosesdə vətəndaş iştirakının təmin edilməsi, vətəndaşların fikir və rəylərinin öyrənilməsi və təkliflərinin alınmasını vacib hesab edir.

Aşağıda təqdim olunan linklər vasitəsilə vətəndaşlar müvafiq xidmətləri təqdim edən portallarla tanış olub, rəylərini bildirə bilərlər:

Regional rəqəmsal hökumət portalı ilə tanış olmaq üçün: http://ehim.design/s/yihrisportal  

Şəxsi kabinetin görünüşü ilə burada tanış olmaq üçün: http://ehim.design/s/yihrisshexsikabinet 

Portalla bağlı sorğuda iştirak üçün: http://ehim.design/s/sorgu 

Regional rəqəmsal hökumət quruculuğu çərçivəsində regionlarda rəqəmsal savadlılıq səviyyəsinin ölçülməsi, yerli icra hakimiyyətlərinin İT infrastrukturu və mütəxəssis potensialının hesablanması, əldə edilən nəticələr əsasında ən çox ehtiyac duyulan xidmətlərin elektronlaşdırılması və elektron iştirakçılığı təmin edən mərkəzləşdirilmiş elektron xidmət portalının istifadəyə verilməsi nəzərdə tutulub.

İlkin mərhələdə pilot layihə olaraq sosial-iqtisadi aktiv 3 rayon seçilib. Gəncə şəhəri, Masallı və Quba rayonları. Bu rayonlar Azərbaycanın hər bir zonasının (Şimal, Cənub və Qərb) təmsil olunmasına, əhali çoxluğuna və “ASAN xidmət” mərkəzinin də yerləşməsinə görə seçilib. Layihələrin uğurlu tətbiqi yekunlaşdıqdan sonra bu təcrübənin digər rayonlar üçün də işlənərək tətbiqi nəzərdə tutulub.