Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

EHİM e-iştirakçılığa dair BMT-nin tədbirində iştirak edib

6831
Mətni çap edin Mətni kopyala t1 t0 t2

10-11 yanvar tarixində BMT tərəfindən qlobal e-iştirakçılıq üzrə vörkşop keçirilib.

Vörkşopun keçirilməsində əsas məqsəd e-iştirakçılıq siyasətinin gücləndirilməsində institusional və liderlik potensialının formalaşdırılmasıdır. 

On beş ölkədən nümayəndələrin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov çıxış edib. O, Azərbaycanda e-iştirakçılığın təmin edilməsi istiqamətində görülən işlər, eləcə də “ASAN Login”, “myGov”, “ASAN müraciət”, “Rəqəmsal icra hakimiyyəti”, “ASAN Viza” layihələri haqqında geniş məlumat verib.

Onlayn rejimdə təşkil olunan beynəlxalq tədbirdə, həmçinin BMT-nin Elektron Hökumətin İnkişafı İndeksinin 2020-ci il hesabatında Azərbaycanın e-iştirakçılıq indeksi üzrə uğurlu layihələrindən sayılan “İdeya Bankı”, “myGov” (xüsusilə “əks əlaqə” modulu) və “ASAN Login” sistemi barəsində də məlumat verilib. Dövlət xidmətlərinin tətbiqi zamanı vətəndaş iştirakçılığının da nəzərə alınması məqsədilə həyata keçirilən bir sıra təşviqat layihələri, xüsusilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramı, “Rəqəmsal Hökumət” könüllü təşviqat proqramı, "Rəqəmsal İcra Hakimiyyəti İnformasiya" Sistemi, “ASAN müraciət” sistemi və digər istiqamətlərə toxunulub. Bundan əlavə mövcud sosial media platformaları üzərindən, eləcə də ASAN Radioda yayımlanan ”Rəqəmsal Azərbaycan” verilişi vasitəsilə ictimaiyyətin mütəmadi məlumatlandırılması diqqətə çatdırılıb.

Tədbirdə BMT-nin Elektron Hökumətin İnkişafı İndeksinin 2020-ci il üzrə müqayisəli hesabatına da toxunulub. Həmçinin bildirilib ki, 2022-ci ildə təqdim ediləcək hesabat sənədinə daxil edilməsi üçün BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinə üzv ölkələr tərəfindən olduqca geniş məlumatlar daxil olub.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən təşkil olunan vörkşop çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, habelə mütəxəssislər, özəl sektor və vətəndaş cəmiyyəti tərəfindən e-iştirakçılığın inkişaf trendləri, bu istiqamətdə siyasət və yanaşmaları paylaşılır.