Qurum
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
Xidmətin adı
Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi
Məzmun
Bu xidmət Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına aşağıdakı məsələlərlə bağlı etirazın (ərizənin) verilməsini əhatə edir: a) ixtira, faydalı model və sənaye nümunəsinə patent verilməsindən imtina qərarı barəsində verilən etirazlara; b) ixtira, faydalı model və sənaye nümunələri barəsində dərc olunmuş iddia sənədlərinə qarşı verilən etirazlara; c) verilmiş patentlə əlaqədar daxil olan etirazlara; ç) "Patent haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə görə patentin etibarsız sayılmasına dair yaranan mübahisələrə; d) ilkinliklə əlaqədar yaranan mübahisələrə; e) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinin ilkin ekspertizası zamanı qəbul olunmuş imtina qərarına qarşı verilən etirazlara; ə) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinə görə ekspertizanın qəbul etdiyi imtina qərarına qarşı verilən etirazlara; f) əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması faktına qarşı verilən etirazlara; g) müvafiq və digər əsaslar pozulmaqla qeydiyyata alınmış əmtəə nişanına qarşı verilən etirazlara; ğ) əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz 5 il istifadə olunmadıqda qeydiyyata xitam verilməsi ilə əlaqədar təqdim olunan etirazlara; h) patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti ilə əlaqədar verilən etirazlara; x) əmtəə nişanının geniş tanınmasına dair ərizələrə və geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazlara; ı) coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair etirazlar; i) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanın sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələblərinin pozulması ilə Azərbaycan Respublikasında qeydiyyatı ilə əlaqədar yaranan mübahisələrə.
Həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Azərbaycan Respublikasının vətəndaşı :
-
-
Sənədin adı :
Sənədin təqdim edilmə formaları :
-
-
Sənədin adı :