Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Qurum

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Xidmətin adı

Nömrə resurslarının ayrılması üçün müraciətin və sənədlərin qəbulu

Məzmun

Bu xidmət Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması üçün ərizəçidən (ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorları, provayderləri, eyni zamanda, digər hüquqi və fiziki şəxslər) müraciətin və tələb olunan sənədlərin qəbul edilməsindən və nəticəsi barədə müraciət edənə məlumat verilməsindən ibarətdir.

Həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Azərbaycan Respublikasının vətəndaşı :

    • Sənədin adı :

      Ərizəçinin fəaliyyət göstərdiyi ünvandan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti

      Sənədin təqdim edilmə formaları :

      - Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada

    • Sənədin adı :

      Ərizə

      Sənədin təqdim edilmə formaları :

      - Kağız formada və ya elektron qaydada

    • Sənədin adı :

      Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, fərdi identifikasiya nömrəsi (FİN istifadəyə verildikdən sonra), ünvanı)

      Sənədin təqdim edilmə formaları :

      - Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada

    • Sənədin adı :

      Telekommunikasiya sahəsində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə xidmətin təşkili üçün nömrə resurslarının ayrılması haqqında müraciət olunduğu halda xüsusi razılığın (lisenziyanın) surəti

      Sənədin təqdim edilmə formaları :

      - Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada

    • Sənədin adı :

      Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti

      Sənədin təqdim edilmə formaları :

      - Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada

    • Sənədin adı :

      Nömrə resurslarının istifadəsi üçün nəzərdə tutulan telekommunikasiya xidmətlərinin siyahısı və qurulacaq telekommunikasiya şəbəkəsinin struktur sxemi

      Sənədin təqdim edilmə formaları :

      - Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada