Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Qurum

Ədliyyə Nazirliyi

Xidmətin adı

Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət

Məzmun

- Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir.

Həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Azərbaycan Respublikasının vətəndaşı :

    • Sənədin adı :

      Dövlət rüsumunun ödənilməsinə dair sənəd

      Sənədin təqdim edilmə formaları :

      - Kağız daşıyıcıda

    • Sənədin adı :

      Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə

      Sənədin təqdim edilmə formaları :

      - Kağız daşıyıcıda

    • Sənədin adı :

      İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti

      Sənədin təqdim edilmə formaları :

      - Kağız daşıyıcıda

    • Sənədin adı :

      Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti

      Sənədin təqdim edilmə formaları :

      - Kağız daşıyıcıda

    • Sənədin adı :

      Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə

      Sənədin təqdim edilmə formaları :

      - Kağız daşıyıcıda

    • Sənədin adı :

      Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr

      Sənədin təqdim edilmə formaları :

      - Kağız daşıyıcıda

    • Sənədin adı :

      Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə

      Sənədin təqdim edilmə formaları :

      - Kağız daşıyıcıda

    • Sənədin adı :

      Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə

      Sənədin təqdim edilmə formaları :

      - Kağız daşıyıcıda