Dövlət Miqrasiya Xidməti (DMX) ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində DMX-nin aşağıdakı 9 elektron xidməti "Elektron hökumət” portalına inteqrasiya olundu və portal üzərindən DMX-nin göstərdiyi elektron xidmətlərin sayı 10-a çatdı:
- Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi
- Azərbaycan Respublikasında vətəndaşlığına bərpa edilməsi
- Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması
- Əmək fəaliyyəti müddətinin uzadılması
- Miqrasiya orqanlarına qulluğa qəbul
- Müvəqqəti yaşamaq üçün icazə
Beləliklə, Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərarı ilə DMX üzrə təsdiq ediıən 11 e-xidmətin 10-u portala inteqrasiya edildi.
İstifadəçilər müraciətlərinin məzmununa uyğun olaraq seçim etməklə bu xidmətlərdən asanlıqla yararlana bilərlər. Bunun üçün portalda autentifikasiyadan keçərək, "Elektron Xidmətlər" bölməsini qeyd edib, DMX-nin müvafiq xidmətini seçmək lazımdır. Açılan səhifədə bu xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı, həmçinin PDF formatında müraciət formaları yerləşdirimişdir.
Beləliklə, cari ilin son ayı həm dəAzərbaycan vətəndaşları və miqrantlar üçün əhəmiyyətli olan bir çox xidmətlərin elektronlaşdırılaraq "Elektron hökumət” portalında istifadəyə verilməsi ilə əlamətdar oldu.