You can return to the old version of the website

Open old version

Banklar tərəfindən elektron arayışların tətbiqi genişlənir və elektron arayışlardan istifadə sayı kütləvi şəkildə artmaqdadır

3140
Print the text Copy text t1 t0 t2

"Elektron Hökumət” portalının təqdim etdiyi sosial xidmətlərdən "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi”, Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" vətəndaşların ən çox diqqətini çəkən elektron xidmətlərdəndir.

"Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” elektron xidmətindən hazırda "Bank of Baku", "Unibank" ASC, "Accessbank", "Bakı Ticarət Bankı", "Muganbank" ASC, "Bank Respublika" ASC, AGBank ASC, Rabitəbank ASC və "Azərbaycan Beynəlxalq Bankı" ASC faydalanmaqdadır.

"Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlardan ən çox tələb olunan arayışların asanlıqla elektron şəkildə əldə edilməsi məqsədi ilə yaradılmışdır. Banklara müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün özünə aid fərdi məlumatlar üzrə elektron arayışı banka təqdim etmək imkanını əldə edir.

2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən portal üzərindən vətəndaşların istifadəsinə verilmiş "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətlər sosial yönümlü xidmətlər sırasındadır və ən çox istifadə olunan xidmətlərdəndir. Həmçinin, sözügedən Nazirlik tərəfindən yenicə vətəndaşların istifadəsinə təqdim olunmuş "İş yerindən arayış" aktuallığı ilə seçilən e-xidmətlərdəndir. Bu e-arayışın təqdim olunması vətəndaşlardan tez-tez tələb olunan və kağız üzərində olan sənədlərin daha birini ləğv etmək imkanı verdi.

"Elektron Hökumət” portalının təqdim etdiyi statistikaya əsasən 2014-cü ilin sentyabr-dekabr ayları ərzində vətəndaşlar "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi”, Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" e-xidmətlərindən 275937 dəfə istifadə ediblər.

Banklar tərəfindən kreditlərin verilməsi üçün istifadə edilən e-arayışların sayı 2014-cü ilin dekabr ayı ərzində 25612 olmuşdur ki, bu da noyabr ayına nisbətən 10317 ədəd (67%) çoxdur. Aşağıdakı diaqramda istehlak kreditlərinin verilməsi üçün verilmiş e-arayışlardan istifadə sayının artım dinamikası aydın görünür:

şək 1. İstehlak kreditlərinin verilməsi üçün banklar tərəfindən istifadə edilmiş e-arayışların sayı

 

 Aşağıda isə 2014-cü ilin sentyabr-dekabr ayları ərzində istehlak kreditlərinin verilməsi üçün e-arayışlardan istifadə sayı Banklar üzrə əks olunmuşdur:

şək 2. 2014-cü ilin sentyabr-dekabr ayları ərzində istehlak kreditlərinin verilməsi üçün e-arayışlardan istifadə sayının Banklar üzrə kütlə faiz nisbəti.

Qeyd edək ki, elektron arayış xidmətindən istifadə edərək vətəndaşlar aşağıdakı bir sıra üstünlükləri əldə etmiş olurlar:

 Sutkanın 24 saatı, günün istənilən vaxtı arayış əldə etmə imkanı;

  • Vətəndaşlar üçün vaxt itkisini aradan qaldırılması və rahatlığın təmin edilməsi;
  • Bürokratik proseslərin və rüşvət hallarının aradan qaldırılması və s.

  Gündəlik həyatda ən çox istifadə olunan sənədlərdən olan arayışların elektron şəkildə vətəndaşlara təqdimi bu məsələni sosial qayğılar siyahısından çıxararaq, vətəndaşlar üçün daha əlverişli və daha əl çatan etməkdədir.

Bildirmək istəyirik ki, belə arayışların sayı artmaqdadır və güman edirik, cari ildə "Elektron hökumət" portalı vasitəsilə aşağıdakı arayışların da elektron şəkildə əldə edilməsi mümkün olacaqdır:

  Yaşayış yeri barədə elektron arayışın verilməsi

  •  Diplom barədə elektron arayışın verilməsi
  •  Rabitə xidmət borcları olmaması barədə elektron arayışın verilməsi
  •  Kommunal xidmət borcları olmaması barədə elektron arayışın verilməsi
  •  Abituriyentin ali məktəbə daxil olması barədə elektron arayışın verilməsi
  •  İş yeri və əmək haqqı barədə elektron arayışın verilməsi
  •  Sağlamlıq barədə tibbi elektron arayışın verilməsi
  •  Pensiya kapitalı barədə elektron arayışın verilməsi
  •  Portal vasitəsilə bəzi etibarnamələrin verilməsi
  •  Şəxsiyyət vəsiqəsinin elektron sürəti
  •  Daşınmaz əmlak barədə Reyestrdən çıxarışın elektron sürəti
  • Vətəndaşın adına olan avtonəqliyyat vasitəsi barədə elektron arayışın verilməsi

 Məlum olduğu kimi, bu xidmətlər müxtəlif qurumlar tərəfindən vətəndaşlardan ən çox tələb olunan arayışlardır və bu arayışların elektron formada təqdim edilməsi vaxta qənaətlə yanaşı neqativ halların və süründürməçiliyin qarşısını almış olacaq.