You can return to the old version of the website

Open old version

"Elektron Hökumət" portalının Operatoru - RYTN-nin Məlumat Hesablama Mərkəzi www.data.gov.az - Açıq Hökumət Məlumatları portalının təqdimat mərasimini keçirdi

2177
Print the text Copy text t1 t0 t2

Bu gün Məlumat Hesablama Mərkəzi (MHM) Hilton Baku Hotelində Açıq Hökumət Məlumatları üzrə data.e-gov.az portalının təqdimat mərasimini keçirdi və E-Gov 3.0 mərhələsinə start verildi. Tədbirdə bir çox dövlət qurumlarının və özəl şirkətlərin rəsmiləri iştirak edirdilər. Tədbir Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini cənab Elmir Vəlizadənin çıxışı ilə açıq elan olundu.

Cənab E.Vəlizadə son illər ərzində ölkəmizdə Elektron Hökumət quruculuğu, elektron xidmətlərin təşkili sahəsində inkişafın nəzərə çarpacaq dərəcədə hiss olunduğunu qeyd etdi. O, bu işdə dövlət qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək, ötən illər ərzində "Elektron Hökumət" infrastrukturu, həmçinin, "Elektron Hökumət" portalı üzrə görülmüş işləri diqqətə çatdırdı. Eyni zamanda, Açıq Hökumət Məlumatlarının beynəlxalq səviyyədə tətbiqindən bəhs edərək, ölkəmizdə də bu istiqamətdə nəzərdə tutulan işlər barədə məlumat verdi.

Daha sonra, MHM-in direktoru Nail Mərdanov prezentasiya ilə çıxış edərək "Elektron Hökumət" portalı üzrə əldə olunan nailiyyətlər, bütün sahələr üzrə dinamik şəkildə artan statistik göstəricilər barədə geniş məlumat verdi və bütün dövlət qurumlarına minnətdarlığını bildirdi. O, qeyd etdi ki, əldə olunan uğurlar əslində bütün qurumların birgə əməyinin əməli nəticəsidir.

N.Mərdanov Açıq Hökumət Məlumatlarının ictimai mahiyyətindən bəhs edərək, Açıq Məlumatların azad şəkildə heç bir məhdudiyyət qoyulmadan istənilən şəxs və ya biznes qurumu tərəfindən istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlar olduğunu söylədi. İctimai əhəmiyyət daşıyan bu məlumatlardan, heç bir patent, lisenziya, icazə və məhdudiyyət olmadan istifadəçilər istənilən vaxt istənilən formada yararlana bilər. Məlumatlar proqram təminatlarının yaradılmasında istifadə edilə bilən formatda olmalı və əməliyyat sistemləri tərəfindən oxuna bilinməlidir. Açıq Hökumət məlumatları ictimai xarakter daşıyan məlumatların (məs. iqtisadi inkişaf statistikası, hava proqnozu, yağmur xəritəsi, seymsmik zonalar xəritəsi, poçt məntəqələri, taksafon aparatları məntəqələri, nəğd ödəniş terminalları, rabitə tarifləri, şəhərlərarası və beynəlxalq kodlar və s.) vətəndaşların istifadəsinə verilir. İstənilən vətəndaş (məs. proqram tərtibatçısı və s.) bu məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb müsabiqəyə təqdim edə bilər.

Qeyd olundu ki, Açıq məlumatlar Elektron Hökümət quruculuğunda yeni bir inkişaf mərhələsidir. "data.gov.az” portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumat bazalarını asanlıqla tapa, fərdi yönümlü xidmətlərin, müxtəlif servislərin hazırlanması üçün istifadə edə biləcəklər.

Data.gov.az portalının əsas məqsədi məlumatların istifadəsi və onların əsasında veb və mobil tətbiqlərin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır. Portalın müvəffəqiyyəti əhalinin və biznes strukturların nə dərəcədə portal və məlumatlarla işləməsinə cəlb olunmasından asılıdır. Eyni zamanda açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması, innovativ ideyaların rəğbətləndirməsi, təhlil və tədqiqatların asanlaşdırılması, hökumət işinin şəffaflığı və dövlət orqanlarının effektivliyinin və səmərəliliyinin artırılması məqsəd kimi qarşıya qoyulmuşdur.

N.Mərdanov bütün dövlət və özəl qurumları bu mərhələdə aktiv olmağa səslədi.

Tədbirdə ƏƏSMN-in, DGK-nin və müxtəlif özəl şirkətlərin nümayəndələrinin çıxışları səsləndi. Hər bir qurum tərəfindən "Elektron Hökumət" quruculuğu sahəsində görülən işlər barədə məlumat verildi. Eləcə də, E-GOV 3.0 mərhələsi ilə bağlı münasibətlər iştirakçıların diqqətinə çatdırıldı.

Sonda "data.e-gov.az” portalının təqdimat mərasimi çərçivəsində Açıq Məlumatlar üzrə müsabiqə elan olundu.Müsabiqənin şərtləri barədə də"Elektron Hökumət” portalından və data.e-gov.az saytından məlumat əldə etmək olar.

Tədbir yekunlaşdıqdan sonra, tədbir iştirakçılarına "Elektron Hökumət” portalına daxil omaq üçün kod/parollar təqdim edildi.