You can return to the old version of the website

Open old version

http://data.e-gov.az portalının təqdimatı zamanı bankların nümayəndəliri arasında keçirilən sorğuya əsasən...

2647
Print the text Copy text t1 t0 t2

Açıq Hökumət Məlumatları portalının (data.gov.az) təqdimatı zamanı açıq hökumət prinsiplərinin inkişaf etdirilməsi məsələsinin respublika iqtisadiyyatının inkişafına  töhvə verdiyi bir daha vurğulandı. Biznes qurumlarının öz fəaliyyətləri çərçivəsində  dövlət informasiya ehtiyatlarından yararlanır, bunun nəticəsi olaraq dövlət və biznes strukturları arasında yeni müasir əlaqələr yaranır, münasibətlərdə şəffaflıq və operativliyin artması və digər mühüm məsələlər nəzərə çarpır.  Son zamanlar portal bir sıra özəl qurumlarla yanaşı bankların diqqət mərkəzindədir. Bu nun səbəbi, banklar dövlət orqanlarının təqdim etdikləri məlumatlar əsasında müştərilərə dair kredit riskinin ölçülməsini, həmçinin öz fəaliyyətlərində yeni texnologiyaların tətbiqi nəticəsində biznes prosedurlarının təkmilləşdirilməsini həyata keçirirlər. Bu da sirr deyil ki, problemli kreditlərin artması bank sektorunda neqativ hallara gətirə bilər ki, onlarda öz növbəsində respublikanın ümumi iqtisadiyyatına mənfi təsir edə bilər.

 Əlbəttə ki, dövlət və biznes strukturları arasında əlaqələrin təkmilləşdirilməsi sıravi vətəndaşdan yan keçə bilməz. Qeyd edək ki, təkcə 2014-cü ilin dekabr ayında 25 612 dəfə elektron arayışlardan istifadə edilmişdir. Bu isə   25 612 dəfə heç yerə getmədən, yol pulu xərcləmədən, növbələrdə və yollarda vaxt itirmədən müxtəlif  məlumatlarla bağlı elektron arayışların əldə edilməsi deməkdir.   Hazırda, elektron arayışdan cəmi 7-8 təşkilat faydalanmaqdadır, belə təşkilatların sayı çoxaldıqca elektron arayışların sosial rolu ön plana çıxacaqdır. 

Təqdimat zamanı fürsətdən istifadə edərək elektron arayış istifadə edən bank nümayəndələrindən “Elektron hökumət”  portalı vasitəsilə verilən arayışlara, elektron arayışların tətbiqi ilə bağlı yaranan yeniliklərə münasibətlərini 3 sözlə ifadə etmələrini xahiş etdik. Cavabları sizinlə bölüşürük:

“Bank BTB” –nin satışlar blokunun müdiri Vüsal Şahverdiyev: Xidmət, ehtibarlılıq, operativlik;

“Unibank” –ın departament rəhbəri İlqar İbrahimov: Dövlət, şəffaflıq, gələcək;

“Bank of Baku” –nun departament rəhbəri Anar Abbasov: Rahatlıq, innovativlik, miqyaslılıq;

“Mugan Bank”  -ın departament rəhbəri Elnur Abbasov:  Yeni xidmət səviyyəsi.

 Qeyd edək ki, hal-hazırda 26 təşkilat elektron arayışları öz fəaliyyətində tətbiq etmək üçün Portalın operatoru ilə müqavilə bağlayıblar.