You can return to the old version of the website

Open old version

İlk dövlət bankı "Elektron Hökumət" portalı üzərindən təqdim olunan elektron arayışlardan istifadəyə start verdi

2293
Print the text Copy text t1 t0 t2

Bank işinin daha operativ təşkili üçün əvəz edilməz vasitəyə  çevrilən elektron arayışlardan istifadə edən bankların sayı gündən-günə artmaqdadır. Artıq Azərbaycan Beynəlxalq Bankı da bir çox qabaqcıl banklar kimi kredit əməliyyatlarının aparılması və digər bank işlərini sadələşdirilməsi məqsədilə elektron arayışların tətbiqinə başladı.
Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və  Azərbaycan Beynəlxalq Bankının birgə fəaliyyəti nəticəsində vətəndaşlarımız  www. e-gov.az Portalı üzərindən elektron arayışları formalaşdıraraq banka göndərə biləcəklər. Bununla bərabər bankın müştəriləri bankda quraşdırılmış xüsusi terminallar vasitəsilə də özləri portala giriş edərək, elektron arayış əldə edə biləcəklər. Hal-hazırda bu xidmət bankın Mərkəzi, Sabayıl, Premyer və Yasamal filiallarında istifadəya verilib. Qeyd edək ki, elektron arayışların verilməsində bu tip terminallardan istifadə ilk olaraq Azərbaycan Beynəlxalq Bankı tərəfindən tətbiq edilmişdir.

Elektron arayış vətəndaş tərəfindən "Elektron hökumət” portalı vasitəsilə formalaşdırılan elektron sənəddir. Elektron arayış aşağıdakı üstünlüklərə malikdir:
 * Elektron arayışı sutkanın istənilən vaxtı əldə etmək mümükündür;

 * Vaxta qənaət. Operativlik. Arayışı əldə etmək üçün bir neçə təşkilata baş vurmağa ehtiyac qalmır. Arayış Portal vasitəsilə asanlıqla formalaşdırılır və lazımi ünvana elektron şəkildə göndərilir;

 * Məlumatların dəqiqliyi. Arayış dövlət informasiya ehtiyatlarının məlumatları əsasında formalaşır.

Hazırda, portalın operatoru növbəti mərhələ kimi elektron arayışlardan istifadə sahələrinin genişləndirilməsi və müxtəlif sahələr üzrə elektron arayışların verilməsi üçün işləri davam etdirir.