You can return to the old version of the website

Open old version

Xarici ölkələrin təcrübəsindən

2333
Print the text Copy text t1 t0 t2

Yaşadığımız əsr informasiya əsridir və hər gün ~2.5 kvintilyon bayt informasiya yaradılır. Son iki ildə yaradılan məlumatların sayı demək olar ki, ötən illərlə müqayisədə iki dəfə çoxalıb. Çox sayda informasiya yaratmaq dövlət orqanlarının, fiziki şəxslərin və özəl təşkilatların gündəlik işinin tərkib hissəsinə çevrilib. Lakin bu informasiyalardan səmərəli istifadəni təmin edə bilirikmi?

Açıq Məlumatlar, istənilən vaxt istənilən kəs tərəfindən istifadə və təkrar istifadə edilə biləcək, bölüşə bilinəcək məlumatlardır. Açıq Məlumatların tərkibinə şəxslərə aid fərdi və həssas məlumatlar istisna olmaqla, bütün ictimai məlumatlar daxildir. Açıq Hökumət Məlumatları kommersiya və ya qeyri-kommersiya məqsədləri üçün açıq edilir.

Məlumatların cəmiyyətə açıq edilməsinin üstünlükləri aşağıdakılardır:

·İnkişaf etdirilmiş sosial xidmətlər - ictimai təşkilatlar özləri də Açıq Məlumatlardan yararlanan əsas istifadəçilərdəndirlər. İnformasiyanın açıq edilməsi özü infromasiyanın keyfiyyətini inkişaf etdirməyə kömək edir və qurumlar da vətəndaşlara öz işinin nəticəsi kimi yüksək göstəricilər əks etdirən informasiyalar təqdim etmək marağında olacaqlar.

·İnnovasiya - tədqiqatçılar, tərtibatçılar və sahibkarlar informasiyaları təhlil edir və bu informasiyaları yeni üsulla təkrar istifadə edir.

·İqtisadi inkişaf və iş yaratma - mövcud informasiyalardan kommersiya məqsədli mobil proqramlar hazırlanır.

·Artan şəffaflıq və hesabatlılıq - bu, hökumət və cəmiyyət arasındakı inamı gücləndirir.

·Vətəndaş iştirakının artırılması - informasiyalar və onların istifadəsi ətrafında müzakirələrdə və mobil proqramların istifadəsində vətəndaş iştirakı artacaq.

Açıq məlumatlar üzrə dünya təcrübəsini, fərqli ölkələrin istifadə praktikasını öyrənmək, bu praktikadan ölkəmizdə elektron höumət quruculuğunda istifadə etmək üçün elektron hökumət portalının xəbərlər bölməsində - "xarici ölkələrin təcrübəsindən" adlı analitik məqalələrin hazırlanmasına başlayırıq.

Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, ictimai xarakterli məlumatların açıq edilməsi dövlət qurumlarının üzərlərinə götürdükləri öhdəliklərin tərkib hissəsidir. Açıq edilmiş belə məlumatlardan ictimai əhəmiyyətli mobil proqramların yaradılmasında "xammal" kimi istifadə olunur. Xammal şəklində olan məlumatlar adətən, toplanılır və informasiya bazası şəklində saxlanılır. Bu informasiyaların növündən asılı olaraq təhlillər aparıla, hesabatlar, veb-vasitələr (servislər) hazırlana bilər. Hökumət Məlumatlarının cəmiyyətə açıq edilməsində əsas məqsəd xammal şəklində olan informasiyaların yayımlanmasını təmin edərək, sosial-iqtisadi mənfəət gətirəcək mobil proqramların hazırlanmasına dəstək olmaqdır.

Buna üçün ilkin olaraq İrlandiya təcrübəsinə müraciət edirik. İrlandiya təcrübəsi ilə maraqlandıqda aydın olur ki, İrlandiyada açıq məlumatlardan geniş istifadə olunur və cəmiyyət üçün faydalı olan mobil proqramlar hazırlanır. Məsələn, İrlandiyada çimərlik üçün nəzərdə tutulmuş məkanlarda suyun keyfiyyəti barədə məlumatların təkrar istifadəsinə nəzər salaq. Hər il yerli orqanlar üzmək üçün müəyyən olunmuş məkanlarda suyun keyfiyyətinin yoxlanılması məqsədilə müxtəlif monitorinqlər keçirir və aşkar etdikləri faktları Ətraf Mühitin Qorunması Təşkilatına bildirilirlər. Ətraf Mühitin Qorunması Təşkilatı bu informasiyaları toplayır və çimərlik üçün nəzərdə tutulmuş məkanları "zəif", "qənaətbəxş", "yaxşı" və "əla" kimi təsnifatlandıraraq müvafiq hesabatlar hazırlayır. Bu hesabatlar ölkədə çimərlik üçün nəzərdə tutulan məkanların qiymətləndirilməsinə imkan yaradır. Eyni zamanda açıq, oxuna bilən formatda yayımlanan məlumatlar çimərliklər barədə tam təsəvvür yaradan statistik diaqramların, cədvəllərin və ya xəritələrin hazırlanmasına imkan verir. Müxtəlif strukturlar tərəfindən hazırlanb yayımlanan bu cür hesabatlardan sakinlər, qonaqlar, turizm şirkətləri və s. istifadə edirlər. Son nəticədə bu proses çimərlik məkanları arasında rəqabətə və keyfiyyətin artmasına gətirib çıxarır.

İrlandiya Açıq Hökumət Məlumatları üçün ilk veb səhifə "Fingal Open Data" (http://data.fingal.ie/) adlanır. Bu səhifədə 90-dan artıq açıq hökumət məlumatları yayınlanmışdır. Məlumat bazaları əsasən CSV, XML, KML formatlarında açıq edilib. Bu məlumat bazaları 12 qrupda birləşdirilib. Səhifədə, həmçinin, hazırlanmış bir neçə mobil application nümunəsi yerləşdirilmişdir. Nümunə üçün, "Dublin Parking"- bu mobil application hazırlanmasında phonegap istifadə olunub və naviqator kimi istifadə edilir."Discover Fingal" - bu mobil applicationdan irlandiyanın bütün turizm/mədəniyyət yerləri, turlar, turizmlə bağlı tədbirlər, aksiyaları görmək mümkündür, həmçinin, bu proqramın naviqator funksiyası var. Bundan əlavə, əyləncəli funksiyaya malik bu proqram turistlərə oyun oynayaraq turizm məkanlarına hədiyyə çeki qazanmaq imkanı verir."Street Trees" - bu proqram məkanları eləcə də, küçələrin qrafiki təsvirini görmək üçün nəzərdə tutulub. "Traffic Camera"- bu proqram yol kameralarının interaktiv xəritəsidir.

Ötən il İrlandiyada Açıq Hökumət Məlumatları üçün daha bir portal (www.data.gov.ie) istifadəyə verilmişdir. www.data.gov.ie portalında Dəniz İnstitutunun, Mərkəzi Statistika İdarəsinin, Kommunikasiya, Enerji, Təbii Ehtiyatlar Departamenti və s. idarələr tərəfindən açıq edilmiş məlumatlar yerləşdirilmişdir. Hazırda, bu portalda 50-ə yaxın dövlət və özəl orqanın təqdim etdiyi 508 məlumat bazası mövcuddur. Bunlara misal olaraq aşağıdakları qeyd etmək olar:

Qurumlar İnformasiyalar
Dənizçilik İnstitutu

Burrishoole Balıq Artırma Müəssisəsinə daxil olan və ondan xaric olan suyun monitorinqi üzrə hesabat (Balıq Artırma Müəssisəsinə daxil olan və ondan xaric olan suyu ildə üç dəfə yoxlanılır və 1988-ci ildən etibarən müxtəlif kimyəvi parametlər in kütləsi ölçülür)

Mərkəzi Statistika İdarəsi

Davamlı İnkişaf Göstəriciləri ( Müxtəlif şöbələr və təşkilatlar üzrə davamlı inkişaf barədə 55 göstəricidən ibarət ətraflı hesabat).

Ətraf mühitin mühafizəsi agentliyi

Hidrometeroloji ötürücülər (İrlandiya Hidrometroloji Stansiyası).

Kommunikasiya, Enerji, Təbii Ehtiyatlar Departamenti Üst suların kütləvi hərəkəti
Təhsil Departamenti Məktəblər (təhsil və elm idarəsi tərəfindən yardım olunan müəssisələrin statistikası)
Maliyyə Departamenti Büdcə və İqtisadi Statistika, Aylıq İqtisadi Bülleten, hökumət statistikaları

 

İrlandiyada Açıq Hökumət Məlumatları üçün müəyyən edilmiş formatlar 5-ulduz Açıq Məlumatlar Sxeminə uyğun təyin olunur:

*Məlumatın istənilən şəxs tərəfindən asanlıqla əldə oluna bilən və hər kəs tərəfindən görülən olmasına diqqət yetirmək tələb olunur.

** Məlumatlar maşın tərəfindən oxuna bilən formatda olmalıdır: Məlumatlar müxtəlif formatda, bəziləri insanlar tərəfindən oxunması, dərk edilməsi və redaktə olunması asan, digərləri isə komputer əməliyyatları üçün əlverişli ola bilər. Məsələn, şəkillər və diaqramlar insanlar tərəfindən asan dərk olunandırsa, komputer emalı üçün çətindir. Eyni ilə, rəqəmlərlə dolu cədvəllər insanlar üçün çətin dərk olunandırsa, belə informasiya komputer tərəfindən asanlıqla emal olunur. Açıq Məlumatların təkrar istifadəsini təmin etmək üçün məlumatlar maşın tərəfindən oxunaqlı və strukturlaşdırılmış formatda olmalıdır.

*** Məlumatlar patentləşdirilmədən, açıq edilməlidir: Əgər məlumatlar patentləşdirilibsə, hətta maşın tərəfindən oxunan olsalar belə bu məlumatlar əl çatan deyil. Təcrübə göstərir ki, açıq hökumət məlumatları üçün ən uyğun format patentsiz formatdır (məsələn, CSV patentsiz formatdır).

**** Açıq Məlumatlar təkcə əl çatan və təkrar istifadəsi mümkün olan olmamalı, həmçinin, müxtəlif məlumat mənbələrindən qoşulması mümkün olmalıdır. Bunun üçün, birinci mərhələ obyektləri və anlayışları təyin etmək üçün URL-dən istifadədir. URL göstəricilər kimi istifadə olunmaqla yanaşı obyektə və ya anlayışa aid lazımi informasiyanı təmin etməlidir. Məlumatları açıq etmənin yerli metodu RDF kimi açıq standartlardan istifadədir.

***** Yayımlanan məlumatlara müxtəlif veb-səhifələrdə mövcud məlumat bazalarının linkləri əlavə olunmalıdır.

5-ulduz Açıq Məlumatlar Sxemi barədə sonrakı yazılarımızda ətraflı məlumat veriləcək.

Hazırda hökumət məlumatlarının açıq edilməsi dünyanın bir çox ölkələrində tətbiq olunur və çox böyük sosial əhəmiyyətə malikdir.

Bu günlərdə "Elektron Hökumət" portalının Operatoru - RYTN-nin Məlumat Hesablama Mərkəzi tərəfindən Açıq Hökumət Məlumatları portalının (www.data.gov.az) təqdimat mərasimi keçirildi və E-Gov 3.0 mərhələsinə start verildi. İlkin olaraq ~ 17 sayda APİ funksiyalar JSON formatda istifadəçilərə təqdim edildi və bu sahənin inkişafına təkan vermək məqsədilə data.gov.az portalının Açıq Məlumatlarından istifadə etməklə "Bax, istifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsi elan edildi. Bu layihə ümumi StartUp layihəsi çərçivəsində baş tutacaqdır.

İnanırıq ki, Respublikamızda bütün qurumlar mövcud qanunvericilik çərçivəsində öz məlumatlarını açıq elan edəcəklər və elektron hökumət quruculuğunda yeni olan bu mərhələ digər sahələr kimi tez bir zamanda inkişaf edəcək.