You can return to the old version of the website

Open old version

Elektron Hökumət quruculuğunda Vergilər Nazirliyinin rolu

1871
Print the text Copy text t1 t0 t2

Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyi ilə əlaqədar 22.01.2015-ci il tarixdə BMM-də "Vergilər" qəzeti "Azərbaycan vergi sistemi: 15 ilin uğurları və yeni çağırışın astanasında" mövzusunda dəyirmi masa keçirdi. Tədbirdə millət vəkilləri və bir çox dövlət qurumlarının rəsmiləri iştirak edirdilər. Vergilər Nazirinin müşaviri Akif Musayev öz çıxışı ilə tədbiri açıq elan etdi. O, Vergilər Nazirliyinin yaradılmasından keçən 15 il ərzində vergi strukturlarında aparılan islahatlar, görülən işlər, əldə edilən uğurlar barədə tədbir iştirakçılarına geniş məlumat verdi.  A.Musayev ölkədə həyata keçirilən uğurlu vergi siyasətinin biznes mühitinə eləcə də, qeyri-neft sektorunun inkişafına müsbət təsirindən bəhs etdi. O qeyd etdi ki, ölkədə həyata keçirilən uğurlu vergi siyasəti sayəsində vergi ödəyicilərinin sayı dəfələrlə artsa da, vergi orqanları əməkdaşlarının sayı dəyişilməz qalmışdır.

            Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İ.Abdullayev çıxış edərək, son illər ərzində ölkəmizdə Elektron Hökumət quruculuğu, elektron xidmətlərin təşkili və göstərilməsi sahəsində mühüm nəticələr əldə olunduğunu və bu inkişafın beynəlxalq miqyasda da nəzərə çarpacaq dərəcədə hiss olunduğunu söylədi. O, 2012-ci ilin aprel ayında  "Elektron Hökumət" portalının istifadəyə verildiyi dövrdə portala cəmi 16 dövlət qurumunun qoşulduğunu və qoşulan ilk qurumlardan birinin məhz Vergilər Nazirliyi olduğunu bildirdi. Hazırda, portalda Vergilər Nazirliyi üzrə 59 e-xidmət yerləşdirilərək vətəndaşların, fiziki və hüquqi şəxslərin istifadəsinə verilmişdir.  Məlum olduğu kimi dövlət qurumlarının öz məlumatlarını portala inteqrasiya etmələri və portal üzərindən informasiya mübadiləsinin aparılması e-xidmətlərin təşkilində və keyfiyyətinin artırılmasında mühüm şərtdir. Vergilər Nazirliyinin bu istiqamətdə də aktiv olduğu və onların hazırladığı bir veb-servisin portal üzərindən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə ötürüldüyü barədə məlumat verildi. Vergilər Nazirliyi tərəfindən ASAN imzanın verilməsinin  e-imzanın tətbiqinin genişlənməsində, elektron sənəd dövriyyəsinin inkişafında  mühüm rol oynadığı qeyd olundu.           İ.Abdullayev  çıxışının sonunda Vergilər Nazirliyinin bütün kollektivini “Elektron Hökumət” portalının kollektivi adından Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyi münasibətilə təbrik etdi və  onlara hər bir sahədə öndə olmağı arzuladı.

           Tədbir digər iştirakçıların çıxışları ilə davam etdi.