You can return to the old version of the website

Open old version

AGBank və Rabitəbank da kredit əməliyyatlarının aparılması prosesində e-arayışların tətbiqinə başladı

2119
Print the text Copy text t1 t0 t2

Ötən ilin sonuncu rübündə vətəndaşların istifadəsinə verilmiş "Elektron Arayışlar" xidməti istər siravi vətəndaşlar, istərsədə bizneslər üçün xeyli səmərəyə malikdir. Artıq ölkənin əsas bankları bu arayışlardan istifadəni öz işinin tərkib hissəsinə çevirmişdir. Hazırda, bir neçə bank və kredit təşkilatı daxili işlərin sadələşdirilməsi, müştəri rahatlığının təmin olunması məqsədilə operativ vasitə olan elektron arayışlardan istifadə edir.

Bu günlərdə elektron arayışlardan istifadə üzrə daha iki bank "Elektron Hökumət" portalının operatoru Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığa start verdi. AGBank və Rabitəbank kredit əməliyyatlarının aparılması prosesində e-arayışların tətbiqinə başladılar.

Elektron arayışların üstünlüyü aşağıdakılardır:

  • Sutkanın 24 saatı, günün istənilən vaxtında banka onlayn kredit alma müraciətinin göndərilməsi imkanı;
  • Vətəndaşlar üçün vaxt itkisini aradan qaldırılması və rahatlığın təmin edilməsi;
  • Bürokratik proseslər ləğv edilməsi;
  • İşlədiyi müəssisədən arayışın alınmasına zərurətin yaranmaması;
  • Çalışdığı müəssə rəhbərliyinin işcinin kredit götürməsi haqqında məlumatlandırılmasına ehtiyacın olmaması.

Nəzərinizə çatdırmaq istəyirik ki, "Elektron Hökumət" portalı üzərindən təqdim olunan elektron arayışların sayı artacaq. Tezliklə belə arayışların sırasına,

  • Yaşayış yeri barədə elektron arayışın verilməsi;
  • Diplom  barədə elektron arayışın verilməsi;
  • Rabitə xidmət borcları olmaması barədə elektron arayışın verilməsi;
  • Kommunal xidmət borcları olmaması barədə elektron arayışın verilməsi;
  • Abituriyentin ali məktəbə daxil olması barədə elektron arayışın verilməsi;
  • Sağlamlıq barədə tibbi elektron arayışın verilməsi;
  • Pensiya kapitalı barədə elektron arayışın verilməsi;
  • Vətəndaşın adına olan avtonəqliyyat vasitəsi barədə elektron arayışın verilməsi qoşulacaqdır.