You can return to the old version of the website

Open old version

İqtisadiyyat və Sənaye Nazirliyinin daha bir xidməti "Elektron hökumət" portalına inteqrasiya edildi

1881
Print the text Copy text t1 t0 t2

İqtisadiyyat və Sənaye Nazirliyi   ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində nazirliyin  "Dövlət rüsumları, cərimələri və digər ödənişlərin onlayn ödənilməsi" elektron xidməti "Elektron hökumət” portalına inteqrasiya olundu. Beləliklə portal üzərindən İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayı 8-ə çatdı.

Bu xidmət vasitəsilə dövlət rüsumlarını, cərimələrini və digər ödənişləri onlayn rejimdə ödəmək mümkündür. "Dövlət rüsumları, cərimələri və digər ödənişlərin onlayn ödənilməsi" e-xidmətindən faydalanmaq üçün portalda autentifikasiya tələb olunmur.

Hazırda, "Elektron Hökumət" portalı üzərindən təqdim olunan e-xidmətlərin ümumi sayı 406-dır.