You can return to the old version of the website

Open old version

"Elektron Hökumət" xalqın gözü ilə...

6399
Print the text Copy text t1 t0 t2

Hesab edirik ki, XXI əsin ilk 20-30 ili Respublikamız üçün köhnə idarəetmə metodlarının yenilənməsi, təkmilləşdirilməsi və daha mütərəqqi üsullarla əvəzlənməsi ilə tarixdə qalacaq. Bütün dünyada baş verən texnoloji yeniliklər güclü iqtisadi təməli olan ölkəmizdə öz əksini tezliklə tapdı. Bu texnoloji yeniliklər, xüsusilə də, İKT sahəsində tətbiq olundu. İKT sahəsində Azərbaycan dünyanın bütün inkişaf etmiş ölkələri ilə demək olar ki, eyni dinamik inkişaf tempi ilə irəliləməkdədir.

İKT-nin ölkənin idarəetmə strukturuna tətbiqi isə yeni idarəçilik modullarının meydana gəlməsinə zəmin yaratmışdır. Hazırda, ölkəmizin idarəçilik strukturu ənənəvidən yeniyə doğru sürətlə dəyişilməkdədir. Bu keçid dövrü bir sıra bürokratik əməliyyatların ləğvini, innovativ variantların yaradılmasını və tətbiqini tələb edir. "Elektron Hökumət" quruculuğu məhz zamanın tələbi ilə yaradılmış, köhnə və öz təsdiqini tapmayan idarəçilik modellərinin daha səmərəli elektron üsullarla əvəzləyən innovativ idarəçilik metodudur. Köhnə idarəçilik metodu ilə "Elektron hökumət" quruculuğunu müqayisəli təhlili:

Ənənəvi metodla idarəetmə Elektron Hökumət
Bürokratik əməliyyatlar mövcuddur və belə əməliyyatlar yeni bürokratik proseslərin yaranmasına zəmin verir. Bu proses aşağıdakılardan azad ola bilmir; Bürokratik əməliyyatlar, yeni innovativ modellərlə əvəz olunur. Bunun nəticəsində şəffaflıq əldə olunur;
qeyri-şəffaflıq; şəffaflıq əldə olunur;
əlavə enerji itkisi; sərf olunan əlavə enerji daha faydalı sahəyə yönəlir;
əlavə vaxt itkisi; sərf olunan vaxt daha faydalı sahəyə yönəlir;
yerli idarəçilik sisteminə inamsızlıq; yerli idarəçilik sisteminə inam əldə olunur;
idarəçilikdə cəmiyyətin iştirakçılığının zəifliyi; idarəçilikdə cəmiyyətin iştirakı artır;
sosial tərəqqinin stabilliyi.
 
sosial tərəqqi yüksələn xətlə artır.
 

"Elektron Hökumət" portalı "Elektron Hökumət" quruculuğunun vacib komponenti, əvəzedilməz tərkib hissəsidir. Portal vasitəsilə hazırda 406 elektron ximət vətəndaşların istifadəsinə verilmişdir. Portal üzərindən qurumlar üzrə təklif, irad, müraciətlərin çatdırılması məqsədilə "Əks Əlaqə" servisi təqdim olunur. Eyni zamanda, "Elektron Hökumət" quruculuğu üzrə təkliflərin, ideyaların bildirilməsi üçün "Fikir Bankı" yaradılmışdır. Portal üzərindən təqdim olunan interaktiv xidmətlər, elektron arayışlar vətəndaşların gündəlik qayğılarını azaldaraq innovativ idarəetmə modellərinin tələblərini ödəyir.

"Elektron Hökumət" quruculuğu üzrə ölkəmizdə xeyli işlər görülmüş, bir çox nailiyyətlər əldə olunmuşdur. Görülən tədbirlər nəticəsində 2014-cü il ərzində elektron xidmətlərdən istifadə edən istifadəçilərin sayında~50dəfə, vətəndaşlar tərəfindən elektron xidmәtlərә müraciət sayında isə 856 dəfə artım müşahidə olunmuşdur. Tezliklə, istifadəçi-yönümlü e-xidmətlərin sayının artacağı və elektronlaşması zəruri olan bir çox sosial xidmətlərin, e-arayışların rəqəmsal şəkildə vətəndaşlara təqdim edilməsi təmin olunacaqdır.

Qeyd etmək lazımdır ki, vətəndaşların e-xidmətlərdən faydalanması, yaradılmış onlayn resurslar vasitəsilə "Elektron Hökumət" quruculuğunda onların aktiv iştirakı rəqəmsallaşma prosesinin stimulverici gücüdür.