You can return to the old version of the website

Open old version

2013-cü ildə “Elektron hökumət” portalına 262 min vətəndaş müraciət edib

1802
Print the text Copy text t1 t0 t2

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında baş verən inkişafın informasiya texnologiyaları sahəsində də bir çox nailiyyətlərin əldə olunmasına şərait yaratdığını, 2013-cü ilin dövlətimizin başçısı tərəfindən İKT ili elan olunmasının da qazanılan nəticələrə önəmli təsir göstərdiyini bildirib.

Nazir İKT sektorunun artım tempi ənənəvi olaraq ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil etdiyi və sahə üzrə ümumi gəlirlər 2 milyard dolları ötüyü barədə məlumat verib. O, bir çox məsələlərə toxunaraq həmçinin bildirib ki, "Elektron hökumət" portalı vasitəsilə elektron xidmətlərin göstərilməsi genişlənmiş, hesabat ilində portala yeni xidmətlər əlavə olunub. Beləliklə Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmətdən 281-i hökumət portalı vasitəsi ilə rəsmi verilir. 2013-cü ildə elektron hökumət portalına 262 min vətəndaş müraciət etmiş və 730 mindən çox elektron xidmət alınıb. Vergilər Nazirliyinin ASAN mobil imza sertifikat mərkəzi yaradılmış və ölkənin vahid elektron imza sisteminə qoşulub.