You can return to the old version of the website

Open old version

Dünyanın ən yaxşı Elektron Hökumət portalları

3129
Print the text Copy text t1 t0 t2

“Asiya-Sakit okean” onlayn kommunikasiya mərkəzi "FutureGov" dünya üzrə ən yaxşı dizayna malik olan  8 milli e-hökumət portalı barədə "Design Secrets of the World`s Best e-Government Web Sites" (Dünyanın ən yaxşı E-Hökumət portallarının dizayn sirləri) kitabında ətraflı məlumat verərək həmin portalların ən fərqli və üstün təcrübələrini nümunə göstərib. Bu veb-portallar praktik, sadə, sürətli və istifadəçinin asanlıqla adaptasiya olması üzrə  dünyada ən yaxşı portallardan sayılırlar. Əla dizayn, vətəndaşların istifadəsi üçün mümkün qədər sadə, müvafiq informasiya və xidmətlərin əldə olunması üçün əlverişli interfeys bütün portallar üçün əsas prinsiplərdir.

"FutureGov" onlayn kommunikasiya mərkəzinin tədqiqatlarına əsasən aşağıda qeyd olunan 8 portal bu baxımdan fərqlənir:

* Böyük Britaniyanın gov.uk (https://www.gov.uk/) portalı sadəliyinə, məzmunun aydınlığı, axtarış mexanizminin optimal və sürətliyinə, təşəbbüskar komandanın çevikliyinə, yüzlərlə hökumət veb-saytlarını bir məkanda birləşdirdiyinə görə yüksək qiymətləndirilir.

* Avstraliyada çoxsaylı istifadəçilərin rəylərinin öyrənilərək tətbiq olunması Australia.gov.au (http://www.australia.gov.au/) portalının inkişafına xeyli təsir etmişdir. Bu da BMT-in 2014 e-Hökumət Reytinqində portalın ikinci ən yüksək pilləni tutmasına kömək etmişdir.

* Honh Kong-un Gov.HK (http://www.gov.hk/) portalı canlı və maraqlıdır, rəsmi hökumət veb-saytlarından sadəliyi ilə fərqlənir. Bu portal xüsusən də, 10 dildə -  Kanton, Mandarin, İngilis, İndoneziya, Nepal, Taqaloq, Pakistan, Tay və Vyetnam dillərində fəaliyyət göstərməsi ilə digər dünya portallarından seçilir.

* Yeni Zelandiyanın yenidən dizayn olunmuş Govt.nz (https://www.govt.nz/) portalı rəsmi hökumət portallarına bənzəmir. Portal böyük şriftlə dərc olunur və  heç bir rəsmi işarələrdən istifadə olunmadığından, sadəliyi ilə seçilir. Bu portalda e-xidmətlərin istifadəçilər tərəfindən asanlıqla test edilməsi və “Əks Əlaqə” xidməti vasitəsilə dizaynerlərlə əlaqə saxlanılması mümkündür.

* Sinqapurun ecitizen.gov.sg portalı (http://www.ecitizen.gov.sg/) sadə axtarış sisteminə bənzəyir. Lakin sonradan bu portala digər funksionallıqlar da əlavə olundu. Test müddətində məlum oldu ki, bir çox istifadəçilər zəruri informasiyaların axtarışı üçün bu sadə bölmələrdən istifadəyə daha çox üstünlük verir. Onun məşhur “Əks Əlaqə” xidməti vətəndaşlarla asan ünsiyyəti təmin edir.

* Norway.no (http://www.norge.no/) səliqəli və sadə şlüzü  ilə fərqlənir. Bu portalda əsas başlıqlar solda yerləşir, məşhur axtarış sistemi vətəndaşlara bələdiyyələr üzrə seçim etmək imkanı verir. Bu funksiyalar və SMS mətni ilə vətəndaşları saytdan qeydiyyatdan keçmək dəvəti portalı populyar edən əsas göstəricilərdir.

* BMT-in e-Hökumət Reytinqinin çoxillik lideri Cənubi Koreya e-hökumət portalı (korea.go.kr) ikonların istifadəsinə görə məşhurdur. Portalın interfeysi yüksək istifadə rahatlığı standartlarına tam şəkildə cavab verir.

* USA.gov (http://www.usa.gov/) portalı  sosial şəbəkələrin sinxronizasiyası, xəbərlərin e-poçta göndərmə xidməti, ştatlar üzrə rəsmi veb-saytları bir məkanda toplanılması və digər funksionallıqlarına görə digər portallardan üstündür.

Bu portalların üstün və ortaq cəhətləri "FutureGov" onlayn kommunikasiya mərkəzinə “Elektron hökuməti” portallarının uğur qazanması üçün təməl prinsipləri müəyyən etməyə imkan verdi və həmin prinsiplərin bütün portallar tərəfindən tətbiq olunması tövsiyyə olunur:

- Geniş, populyar və sürətli axtarış panelləri, hökumət saytları ilə istifadəçinin qarşılıqlı canlı əlaqəsi.

- Əla dizayn, sadəlik, ana səhifədə linklərin sayının əsaslı dərəcədə məhdudlaşdırılması.

- İstifadəçinin marağına uyğun olaraq xidmətlərin qruplaşdırılması.

- İstifadəçinin informasiyanı rahat tapa bilməsi üçün şəkillərdən yox, ikonlardan istifadə.

- Dizaynın mobil cihazlara tətbiqi üçün əlverişli olması.

- Portalın bir çox dillərə tərcümə edilməsi.

Hesab edirik ki, bu prinsipləri reallaşdıran bütün “Elektron hökumət” portalları hər bir aspektdə uğur qazanacaqlar.