You can return to the old version of the website

Open old version

"Elektron Hökumət" üzrə növbəti təlim Xəzər Universitetinin Dünya Məktəbində keçirildi

2191
Print the text Copy text t1 t0 t2

2015-ci il üçün təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 12 fevral tarixdə "Elektron Hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Xəzər Universitetinin Dünya Məktəbində "Elektron Hökumət" üzrə növbəti təlim keçirildi. MHM-nin mütəxəssisləri gələcəyimiz olan yeniyetmə və gənclərə ölkəmizdə İKT-nin inkişafı, "Elektron Hökumət" quruculuğu, "Elektron Hökumət" portalı, elektron xidmətlər, elektron imza, elektron sənəd barədə ətraflı məlumat verdilər.  Şagirdlərə gündəlik həyatda elektronlaşmanın rolu və əhəmiyyəti izah edildi, “Elektron Hökumət" portalı və e-imza saytı (www.e-imza.az) üzrə praktiki iş keçirildi.

Sonra şagirdlərin İKT və "Elektron Hökumət” sahəsində biliklərinin yoxlanılması məqsədilə sorğu-sual təşkil olundu. Sorğu-sual əsnasında şagirdlərin əksəriyyətinin İKT sahəsində və "Elektron Hökumət" portalı haqda xeyli biliklərə malik olduqları məlum oldu. Həmçinin, şagirdlərin rəqəmsallaşma prosesinə münasibətləri öyrənildi.

Sorğu-sualda aktiv iştirak edən  şagirdlərə Təltifnamə və xüsusi hədiyyələr verildi.  Tədbirin sonunda "Elektron Hökumət" portalına giriş əldə etmək istəyən müəllimlərə və 11-ci sinif şagirdlərinə kod/parol paylanıldı.

Nəzərinizə çatdırırıq ki, "Elektron Hökumət" üzrə keçirilən belə təlimlərin məqsədi kütləvi proses olan elektronlaşmanın ictimai mahiyyətini, üstünlüklərini və sosial-iqtisadi təsirini cəmiyyətə çatdırmaq, həmçinin Elektron hökumət portalının bu prosesdə əvəzedilməz rolunu işıqlandırmaqdır.